SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İBRAHİM NEHRƏMLİNİN TƏZƏ BİZNESİ: 110 milyard dollar hara, 10 manat hara?

26-07-2017, 12:49 | Oxunub: 14 896 |

İBRAHİM NEHRƏMLİNİN TƏZƏ BİZNESİ: 110 milyard dollar hara, 10 manat hara?
Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur və qalmaqallı iş adamı İbrahim İbrahimov təzə şirkət təsis edib. Daha doğrusu şirkət təzə qeydiyyatdan keçib, ancaq adı bir qədər köhnədir, yaxud Hacı İbrahim “ən yaxşı təzə elə yaxşıca unudulmuş köhnədir” prinsipindən çıxış edərək təzə şirkətinin adını köhnəsinə uyğunlaşdırıb.

Belə ki, Vergilər Nazirliyi “Avesta Group of Companies” MMC adlı şirkəti dövlət qeydiyyata alıb. Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda göstərilir. Şirkət bu l mayın 12-də qeydiyyatdan keçib, təsisçsi İbrahim İbrahimovdur, nizamnamə kapitalı 10 manatdır.

Hacı İbrahimin adında zərdüştiliyin, yəni atəşpərəstliyin müqəddəs kitabının adının həkk olunduğu şirkəti deyəsən təzə deyil axı?

Emtv.az-ın virtualaz.org-a istinadən məlumatına görə, onun “Avesta Concern” adlı şirkəti hələ ötən əsrin 90-cı illərinin ortalarında təsis olunmuşdu. Konsern deyəndə ağla ilk növbədə dünyanın iri sənayeçilərinin çoxprofilli nəhəngləri gəlir, lakin bizim hacının və onun “Avesta” konserninin fəaliyyəti ancaq tikinti ilə məhdudlaşırdı, tərkibinə tikinti ilə məşğul olan bir neçə MMC-lər daxil idi.

İBRAHİM NEHRƏMLİNİN TƏZƏ BİZNESİ: 110 milyard dollar hara, 10 manat hara?

“Avesta” konserni bəlkə də o qədər məşhurlaşmazdı, əgər Hacı İbrahimin fantastik “Xəzər adaları” layihəsi olmasaydı. Bu fantastik layihənin geniş reklamı sayəsində bir vaxtlar Hacı İbrahim özü və konserni az qala dünya ulduzuna çevrilmişdi. Nehrəmli İbrahim Xəzərdə süni adalar yaradıb onların üzərində 1 milyon adamın yaşadığı şəhər salmağı qarşısına məqsəd qoymuşdu. Və onu da qarşıya məqsəd qoymuşdu ki, bu adalardan birinin üzərində hündürlüyü 1 kilometrdən də çox olan “Azərbaycan Tower”i tikib onun penthausunda, yəni buludlardan da yuxarıda ömrünün qalan günlərini keçirəcək. Cəmi layihəyə xərclənəcək pullar isə doğrudan da fantastik idi, 110-130 milyard dollarlıq investisiyadan söhbət gedirdi.

Amma sonradan bizim Hacının və “Xəzər adaları”nın başına nələr gəldiyi hamıya məlumdur. Mister İbrahimov bu layihəyə doğrudan da böyük pullar xərclədi, hətta ilk süni adanın üzərində yarımçıq da olsa bir neçə bina tikdi. Bu işlərə onun 1.2 milyard dollardan çox “xərclədiyi” məlumdur.
İBRAHİM NEHRƏMLİNİN TƏZƏ BİZNESİ: 110 milyard dollar hara, 10 manat hara?

Axırda isə bəlli oldu ki, Hacı İbrahim Beynəlxalq Banka yüz milyonlarla dollar borcludur, bankın pullarını batıranlardan da biri odur və bu ekstravaqant iş adamı Xəzərdəki süni adanın üzərində ucaltmağı planlaşdırdığı göydələnin penthausuna qalxmaq əvəzinə qaytarılmayan kreditlərə görə “Bandotdel”in zirzəmisinə enməli oldu. Orada Hacını xeyli incitdilər, amma pulları qaytarmaq mümkün oldumu? Axı pullar çoxdan Xəzərin dibindəydi…

“Bandotdel” müstəntiqlərinin apardıqları “profilaktik söhbətlər”dən sonra Hacı dəbdəbəli maşınlarını və mülklərini satıb borclarını qismən də olsa ödəməyə çalışdı, ancaq Bakıda tikinti bumunun səngidiyi bir vaxtda onun biznesi də geriləmişdi. Borclar isə altından çıxılacaq həddə deyildi.
İBRAHİM NEHRƏMLİNİN TƏZƏ BİZNESİ: 110 milyard dollar hara, 10 manat hara?

İndi isə İbrahim İbrahimov biznesini deyəsən yenidən təşkil etməyə çalışır. Çünki ötən ilin sentyabrında ona məxsus “Avesta Construction” MMC “Avesta Konserni” MMC-yə qoşulduğu üçün ləğv edildi. İbrahimovun “L.M.T.” MMC adlı şirkəti isə “Avesta Konserni” MMC-yə daxil olan “Həsən 96″ MMC-yə qoşulduğu üçün ikinci şirkət yenidən təşkil olundu. İndi isə İbrahimov “Avesta Group of Companies” MMC-ni təsis edib. Axı adında “Avesta” olan bir neçə şirkət Hacının nəyinə lazımdır? Özü də 10 manat nizamnamə kapitalı ilə…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR