SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Biləsuvarda oğul anasını vəhşicəsinə döydü - "Əli və ayağı bir neçə yerdən sınıb"

25-07-2017, 14:04 | Oxunub: 3 619 |

Biləsuvarda oğul anasını vəhşicəsinə döydü - "Əli və ayağı bir neçə yerdən sınıb"
Biləsuvar rayonunda 46 yaşlı qadın oğlu tərəfindən döyülüb.

Emtv.az-ın report-a istinadən məlumatına görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Belə ki, rayonun "Aerodrom" adlanan ərazisindən yaşayan, 1971-ci il təvəllüdlü Şirin Abbas qızı Şahbazova bədənin müxtəlif nayihələrindən aldığı xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstaxanadan bildirilib ki, qadının bədəninin bütün nayihələrində xəsarət izləri var: "Şirin Şahbazova ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər təfəindən ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Qadının sağ əli və ayağı bir neçə yerdən sınıb".

Məlum olub ki, hadisəni qadının oğlu, 25 yaşlı Məhəbbət Mehman oğlu Şahbazov törədib. Qohumlarının bildirdiyinə görə, M.Şahbazov nevroloji xəstəlikdən əziyyət çəkir. M.Şahbazov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR