SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yol polisi cəriməsi olan sürücülərlə bağlı sərt yola əl atdı

25-07-2017, 12:47 | Oxunub: 7 234 |

Yol polisi cəriməsi olan sürücülərlə bağlı sərt yola əl atdı
Azərbaycanda sürücülərin əksəriyyəti barələrində tərtib olunmuş protokollar üzrə cərimələri vaxtında ödəmir

Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, indiyədək ödənilməyən cərimələrin miqdarı 50 milyon manata çatıb. Son illər sürücülər cərimələri ödəməkdən daha çox yayınırlar. Dövlət Yol Polisi bunu nəzərə alaraq cərimələri vaxtında ödəməyən sürücülərə qarşı sərt addım atıb. Artıq Azərbaycana yeni xüsusi cihaz gətirilib. Bu cihaz xüsusi avtomobildə quraşdırılır və yaxınlıqdan keçən avtomobillərin nömrə nişanının dərhal oxuyur. Nəticədə avtomobilə aid ödənilməmiş cərimələrin olub-olmadığı dərhal üzə çıxır.

DYP bu cihazı yaxın günlərdə işə salacaq. Artıq sınaq tədbirləri görülür. İlk olaraq bu cihazlardan Bakıda istifadə edilməsi nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov belə bir cihazın alınıb ölkəyə gətirildiyini təsdiq edib:

“Bu cihaz müasir cihazdır və cəriməsi olan nəqliyyat vasitələrini dərhal qeydə alır. Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə və avtomobil sahiblərinə müraciət və xəbərdarlıq edirik ki, cərimələri və faizləri vaxtında ödəsinlər. Əks halda həmin cihaz vasitəsilə aşkar olunan avtomobillər saxlanılacaq və cərimə meydançasına aparılacaq. Qanunvericilikdə də qeyd olunur ki, cərimə bir ay ərzində ödənmədikdə üzərinə faiz gəlir. İki ay ərzində ödənməsə avtomobilin saxlanılması barədə qərar çıxarılır. Üç ay ərzində ödənilmədikdə isə avtomobil cərimə meydançasına aparılmaqla yanaşı, həmin xətanı törətmiş şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Dövlət yol polisi də qanunun tələblərinə uyğun olaraq və yeni xüsusi cihazın köməyi ilə cərimələrin ödənməsini təmin etməyə çalışacaq. Yaxın günlərdə həmin cihazdan istifadə edəcəyik”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR