SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücü 3 milyon kilovatsaata qədər artırılır

25-07-2017, 12:34 | Oxunub: 7 913 |

Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücü 3 milyon kilovatsaata qədər artırılır
Naxçıvan Günəş Elektrik Stansiyasının istehsal gücünün artırılması davam edir. Emtv.az azərtac-a istinadən xəbər verir ki, stansiyada əlavə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Beləki qurulan 7 min 723 günəş paneli vasitəsi ilə ildə 3 milyon kilovatsaata qədər əlavə enerji istehsal olunacaq.

Günəş Elektrik Stansiyasının istehsal gücünün artırılmasına bu ilin aprel ayından başlanılıb. Əsas işlər isə artıq yekunlaşdırılıb. Günəş panelləri vasitəsi ilə istehsal olunan enerji artıq şəbəkəyə ötürülərək sınaq işləri aparılır. Sınaq işləri başa çatdıqdan sonra isə günəş panellərinin gücündən tam istifadə olunacaq.

Qeyd edək ki, İsveçrənin Ped Şirkəti ilə imzalanan müqaviləyə əsasən, Günəş Elektrik Stansiyasında 3.8 hektar ərazidə 7 min 723 əlavə günəş panelləri quraşdırılıb. Günəş panellərinin quraşdırıldığı sahənin 2 hektarı stansiyanın əvvəlki ərazisindəki boş sahələr, 1.8 hektarı isə əkin üçün yararsız sahələrdir.

Günəş panelləri şəbəkəyə tam qoşulduqdan sonra stansiyanın istehsal gücü 30 milyon kilovatsaatdan 33 milyon kilovatsaata qədər artacaq. Layihə alternativ enerji mənbəyi kimi, Naxçıvanın enerji təminatının tamamilə təbii ehtiyyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.

2016-cı ildə Günəş Elektrik Stansiyasında 29 milyon 922 min kilovatsaat elektrik enerjisi istehsal olunub ki, muxtar respublikada elektrik enerjisinə olan təlabatın 20 faizi bu stansiya vasitəsi ilə təmin olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR