17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
17 YAŞLI GƏNC DƏNİZDƏ BATIB, FHN HƏRƏKƏTSİZDİR – Şikayət
İyulun 23-də axşam saat 20:00 radələrində Buzovna çimərliyində bədbəxt hadisə baş verib. Çimərkən batmaq təhlükəsilə üzləşən İsmayılov Yavər Nağı oğlu FHN-in xilasediciləri tərəfindən xilas olunsa da, onun bibisi oğlu, 11-ci sinif şagirdi İsmayılov İdris Rasim oğlu dənizdə batıb.
İ.İsmayılovun cəsədi bu saatadək tapılmayıb. Yaxınlarının mətbuata verdikləri məlumata görə, rəsmi və qeyri-rəsmi çoxsaylı müraciətlərinə baxmayaraq, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları İ.İsmayılovun cəsədinin axtarışlarına başlamayıblar. Hələ də hadisə yerinə nə dalğıclar cəlb olunub, nə də axtarış üçün digər vasitələr işə salınıb.
“Sanki, burda batan heç adam deyil. Bizə deyirlər ki, dalğıcların işə başlaması, əraziyə vertolyotun cəlb olunması üçün nazir müavininin rəsmi göstərişi olmalıdır. Az qala 1 sutka keçir, bəs bu göstəriş nə vaxt olacaq?” – İ.İsmayılovun yaxınlarından biri bildirib.
Məsələ ilə bağlı FHN-in mövqeyini öyrənməyə çalışırıq.
Emtv.az