SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb

21-07-2017, 14:06 | Oxunub: 10 380 |

Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
Böyük hissəsində tikinti işlərinin tamamlandığı Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq test qatarı yola düşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Naxcivantv.az-a verilən məlumata görə, test qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yol boyu görülən işlərlə tanış olmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanı tapıblar.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda yeni logistik mərkəz yaradılacaq.

Bununla əlaqədar Qarsda müqavilə imzalanıb.

C.Qurbanov “TRT Xəbər” telekanalına müsahibəsində deyib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq: “Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”.

O, həmçinin Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklərin ildə 500 min konteynerə qədər artacağına ümidvar olduğunu bildirib.

Əhməd Arslan isə qeyd edib: “Çətin bir marşrutu olan layihənin reallaşması üçün 3 ölkə birgə səy göstərir. İlk dəfə sərnişin kimi səfər etməkdən məmnunuq. Bu gün yeni bir tarix yazılır və biz bu tarixə şahidlik edirik. Qısa zaman kəsiyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı Türkiyə və Gürcüstandakı işlər 3 ölkənin birgə səyi ilə yekunlaşacaq. Bu dəmir yolu xəttini xüsusilə yükdaşımalar üçün istismar edəcəyik. Ən azı bizim qədər bu layihə Qazaxıstan, Çin və bütün Avropanın maraq dairəsindədir. Çünki başqa dəhlizlərlə müqayisədə Bakı-Tbilisi-Qars üzrə qısa zamanda və daha az xərclə yük daşımaq mümkündür. Bu layihə regionda ölkələr arasındakı qardaşlığı möhkəmləndirəcək, ticarətin həcmini artıracaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR