Masazırda silahlı insident » EMTV.az
21 iy 12:14Oxunub: 161 |

Masazırda silahlı insident

Masazırda silahlı insident
Masazır qəsəbəsində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, iyulun 20-də saat 01 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan “Lexus” markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib. Sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan “Toyota” markalı avtomobili vurub və oranı tərk edib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan “Stoger” markalı ov tüfəngi götürülüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə