SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

21-07-2017, 10:51 | Oxunub: 8 156 |

2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk altı ayı ərzində də qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib.

Cari ilin yanvar-iyun aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 208 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 2686 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,5 faizlik payla sənaye tutmuş və maddi istehsalın payı 57,8 faiz təşkil etmişdir.

2017-ci ilin yanvar-iyun aylarında sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz, o cümlədən mobil rabitə xidməti 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz artmışdır.

2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 523 milyon 693 min 400 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.

İstehsal olunan sənaye məhsulunun 95,6 faizi özəl sektorun payına düşmüşdür.

Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2017-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 536 milyon 605 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. 2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 78 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 134 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

2017-ci ilin yanvar-iyun aylarında 3 kənd mərkəzi istifadəyə verilmişdir. 8 kənd mərkəzində tikinti işləri davam etdirilir.

2017-ci ilin məhsulu üçün 61 min 531 hektar sahədə əkin aparılmışdır ki, bu da 2016-cı ilin məhsulu üçün əkilmiş sahədən 5 hektar çoxdur.

Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə– 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur.

2017-ci ilin məhsulu üçün 31632 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30320 hektarı payızlıq, 1312 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22268 hektarında buğda, 9364 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 53 hektar artmışdır.

2017-ci ildə 3183 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2016-cı ildə əkilmiş sahədən 130 hektar çoxdur.

2017-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı istiqamətində də tədbirlər görülmüş, Kəngərli rayonunda 9 hektar sahədə tütün əkini aparılmışdır.

Cari ilin ötən dövründə üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılmışdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 143 ədədi 2017-ci ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında əvvəlki dövrlərdə gətirilənlərlə birlikdə 152 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 7 ədədi nağd yolla satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 5293 ton mineral gübrə ilə təmin olunmuşdur.

Muxtar respublikada arıçılığın inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilməkdədir. 2017-ci ilin ilk yarımilində təsərrüfat subyektlərinə 15 min manat həcmində kredit verilmişdir.

Cari ilin ilk yarımilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 206 min 300 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.

2017-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,1 faiz çox, yəni 122 milyon 439 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2017-ci ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 47 min 200 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ötən dövründə 273,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 196 min 400 ədəd ağac və bəzək kolları əkilmişdir.

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilir. Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Naxçıvan şəhərinin Tumbul kəndində 376 şagird yerlik 13 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380 şagird yerlik, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ərəbyengicə, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Ələkli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində məktəb, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçası binasının tikintisi başa çatdırılmışdır. Şərur rayonunun

Ələkli kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması hazırda davam etdirilir.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hesabatında Naxçıvan Muxtar Respublikasında meliorasiya, nəqliyyat infrastrukturu və bank sektorunda görülən işlər də təhlil edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR