SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Zakir Həsənov Pakistan nümayəndə heyəti ilə görüşüb

19-07-2017, 15:00 | Oxunub: 7 835 |

Zakir Həsənov Pakistan nümayəndə heyəti ilə görüşüb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Fəlakətlərin İdarə olunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Emtv.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında həyata keçirilən hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, bu əməkdaşlıq dostluq münasibətləri üzərində qurulub və bundan sonra da daim inkişaf edəcək. Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməklə xalqımızın haqq işinə kömək etməyə hazır olmasını xüsusi qeyd edib.


Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən Omar Mahmud Hayat Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə və birmənalı olaraq dəstəklədiyini vurğulayan qonaq Kəşmir məsələsində ölkəsinə göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib.

Tərəflər həmçinin regional təhlükəsizlik, terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR