SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Malena Mard: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

19-07-2017, 14:44 | Oxunub: 13 296 |

Malena Mard: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.

Nazirlikdən mətbuata verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, səlahiyyət müddəti başa çatan səfir M.Mardın ölkəmizdə səmərəli fəaliyyətini qeyd edib.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Diqqətə çatdırılıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin icrasına dəstək göstərirlər.

Nazir ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd edilib və ticarət sahəsində GSP və GSP+ təşəbbüsləri üzrə əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi məsələləri müzakirə edilib. Ölkəmizdə şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edildiyini qeyd edən Ş.Mustafayev bunun şərab məhsullarının xarici ölkələrə, o cümlədən Avropa İttifaqı ölkələrinə ixracının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb. Səfir M.Mardın fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında dialoq platformasının bütün istiqamətləri üzrə iclaslar keçirilib, kənd yerləri, təhsil və regional inkişaf üzrə maliyyələşdirmə sazişləri imzalanıb. Görüşdə Avropa İttifaqı və üzv ölkələrlə müxtəlif tədbirlərin keçirildiyi, Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumlarının iş adamları arasındakı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə məlumat verib, ölkəmizin Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri M.Mard Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR