SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SİYASƏT OYNAMAQ İSTƏYƏNLƏR ÜÇÜN YOX, OYNAMAĞI BACARANLAR ÜÇÜNDÜR-Faiq ƏHMƏDOV

19-07-2017, 13:34 | Oxunub: 14 988 |

(gördüyüm yuxumun davamı)
SİYASƏT OYNAMAQ İSTƏYƏNLƏR ÜÇÜN YOX, OYNAMAĞI BACARANLAR ÜÇÜNDÜR-Faiq ƏHMƏDOV
Qurban gedənlərin hesabına qurban verənlər xilas olacaq, boğulanların hesabına doğulanlar yaşayacaq, qan su yerinə axacaq bu torpaqda, ancaq aclıq və səfalət insan övladını yaxalaya bilməyəcək.((gördüyüm yuxumun davamı)İrəli, qardaşlar, irəli)

Emtv.az "Azərbaycanın Səsi" İB-nin sədri, "Müstəqil-Lider" ictimai-siyasi, publisistik jurnalının baş redaktoru Məşədi Faiq Əhmədovun facebook-səhfəsində paylaşdığı, yeni statusunu olduğu kimi izləyicilərimizə təqdim edirik.

- Qısa xatırlatma-I-hissə.

- Yuxuda görmüşdüm ki, rayonlardan gələn insanların hərəsinin öz bayrağı, öz rəhbəri vardır və həmin insanlar da dəniz kimi dalğalanaraq, bir bayrağın əvəzində yüzlərcə ala-bəzək bayraqları başları üzərində dalğalandıraraq yürüş edirdilər.

- Kənardan durub insan axınını seyr edən və bir vaxtlar xalqın var-yoxunu talayan məmurlar isə artıq anlayırdılar ki, bu qədər insan axınına olmayan həqiqətləri başa salmaq çox çətindir və artıq millət hər şeyi olduğu kimi anlayıb.

- Yuxuda görürdüm ki, xalqın yürüş yollarına insan cəsədləri döşənir və çoxdan bəri qana həsrət qalmış torpağımızda qan su yerinə axır.

- Bunları bir kənardan seyir etdiyim zaman isə gördüm ki, ağ keyimli, əlində əsası olan qoca mənə yaxınlaşaraq dedi: oğul insanları hərəkətə gətirən, bu yürüşün baş tutması aclığın, səfalətin son həddə çatmasından xəbər verir...

- Yuxumun II-hissəsi:

- Ağ keyimli, əlində əsası olan qoca mənə bu sözləri deyə-deyə, yuxuda görürəm ki, milyonlarla insana elə gəlir ki, güya xoş günlərdən bu günkü acı günlərin arasından nəhəng bir qanlı çay axır.

- Həmin qoca mənə dedi: - oğul bu qanlı çayın axınını dayandırmaq üçün yürüş edən insan ordusunun içindən bircə nəfər yoğun səsli, pəhləvan cüssəli insan gərəkdur ki, durub qışqırsın: -İrəli, qardaşlar, irəli.

- Bax elə bu zaman heç kəs heç nə gözləməyəcək, heç kəs qurbanlıq haqda düşünməyəcək və hər kəs bir nəfər kimi özünü vuracaq həmin o qanlı çayın məcrasına...

- Qurban gedənlərin hesabına qurban verənlər xilas olacaq, boğulanların hesabına doğulanlar yaşayacaq, qan su yerinə axacaq bu torpaqda, ancaq aclıq və səfalət insan övladını yaxalaya bilməyəcək.

- Yuxuda bu sözləri mənə həmin qoca dediyi zaman, təəssüf ki, insan ordusunun içindən bəlkə də ömrü boyu ağıllı təklifin nə olduğunu qanmayan bir gəda ayağa qalxıb qışqırdı: -bu qoca yalan deyir qabaxda çayın dayaz yeri var, gəlin gedək, oradan keçərik qardaşlar; elə bu zaman kütlə yerindən tərpəndi və getdikcə məcrası böyüyən qanlı çayda insanlar bir-birinin ardınca qurban verə-verə irəlilədilər.

- Təklif verənin təklifi özünü doğrultmadığı üçün çayın məcrası get-gedə genişlənməyə başladı və insanlar artıq geriyə dönə bilmirdilər, geri çevrilənləri arxadan gələnlər tapdalayıb keçirdilər.

- Artıq güc tükənirdi.

- Güc tükəndikcədə güman azalırdı.

- Güman azaldıqca qurbanlar çoxalırdı.

- Qurbanlar çoxaldıqca isə insanlar qəddarlaşırdı.

- Bu insan ordusunun söz eşitmək iqtidarında olmadığını görən "müdrük"lər isə elə bil qəsdən susurdular.

- Susuzluqdan ciyəri yanan körpələrin və balasını itirmiş insanlrın harayı isə bürümüşdür aləmi. Bircə addım gec atdığı üçün bir-birinin boğazından yapışan insanların, arxadan gələnlər insanlar başlarına balta ilə zərbə endirərək üstlərindən "uf" demədən keçirdilər...

- Zaman yetişməyib hələ deyərək, "müdrik"lərimiz hələ də susmağa üstünlük verirdilər...

- Mən isə yuxuda ağ keyimli, əlində əsası olan qocaya sual verdim ki; görəsən bu yürüş edən insanlar qan tökə-tökə çayın axarı ilə hara qədər gedəcəklər...

- Qoca isə belə dedi: oğul siyasət çox qəliz oyundur və qəliz oyun olmaqla yanaşı o qədər cazibədardır ki, anlayan da, anlamayan da onunla məşğul olmağa çalışır.

- Siyasət isə oynamaq istəyənlər üçün yox, oynamağı bacaranlar üçündür...

Məşədi Faiq ƏHMƏDOV.
"Azərbaycanın Səsi" İB-nin sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR