17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris kompleksi inşa edilir
Naxçıvan Müəllimlər İnstitutunda quruculuq işləri davam edir.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, əvvəlki binası müasir tələblərə cavab verməyən institutun imkanları genişləndirilir. Ali təhsil ocağının əvvəlki binasında əsaslı yenidənqurma işləri aparılır, əsas bina ilə bərabər yeni tədris korpusunun tikintisi davam etdirilir.
Yeni korpusda idman zalı, bufet, kitabxana, elektron oxu zalı, müxtəlif tədris otaqları, kompüter otaqları, auditoriyalar, müxtəlif kafedralar, iclas zalı, əlavə təhsil mərkəzləri fəaliyyət göstərəcək.
İstər əvvəlki, istərsə də yeni tədris korpusu zirzəmi ilə birlikdə 6 mərtəbəlidir. Əvvəlki korpusun bünövrəsi möhkəmləndirilib və əsaslı yenidənqurma işləri davam etdirilir. Hazırda institutun binasında fasad üzlənir, daxildə boya və suvaq işləri aparılır.
Qeyd edək ki, binanın həyəti abadlaşdırılacaq, yaşıllıqlar salınacaq və müasir işıqlandırma sistemi qurulacaq.
Emtv.az