SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Rusiya İrəvana silah krediti verir, əvəzində... – Şərh

18-07-2017, 06:29 | Oxunub: 226 |

Rusiya İrəvana silah krediti verir, əvəzində... – Şərh
Ermənistanın Rusiyadan silah alması ilə bizim silah almağımız arasında müqayisə aparmaq düzgün deyil.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev Ermənistanın Maliyyə naziri Vardan Aramyanın Ermənistanın Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparmasıyla bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, İrəvan bu kreditləri nə vaxtsa mütləq qaytarmalıdır:

“Rusiyanın Ermənistana silah krediti hədiyyə deyil, İrəvan nə vaxtsa bu pulu geri qaytarmalıdır. Hətta mümkündür ki, pulu qaytara bilməsə, özünün olan-qalan strateji obyektlərini də Rusiyanın ixtiyarına versin”.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistana silahı bu ölkədəki bazası vasitəsilə həyata keçirir və bu da tam fərqli mənzərədir:

“Bizim Rusiya ilə silah alveri sahəsində müvafiq müqavilələrimiz mövcuddur və vaxtında ödənişimizi edib silahımızı alırıq. İrəvanla Moskvanın münasibətləri isə fərqlidir. Məlum məsələdir ki, Rusiya Ermənistanın arxasında duran qüvvədir. Ona görə də Ermənistanın Rusiyadan silah alması ilə bizim silah almağımız arasında müqayisə aparmaq düzgün deyil”.

Qeyd edək ki, bu gün Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlara başladığını bildirib. İrəvan sonuncu dəfə 200 milyon dollarlıq silah kreditini keçən il almışdı.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR