SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tarif Şurası hazırlaşır, Metropoliten təkzib etmir: gediş 50 qəpik...? - Təfərrüat

17-07-2017, 06:43 | Oxunub: 8 098 |

Tarif Şurası hazırlaşır, Metropoliten təkzib etmir: gediş 50 qəpik...? - Təfərrüat
Bakı metrosunda gediş haqlarının artırılması yenidən gündəmə gəlib; Aztəminatlı təbəqənin ən ucuz nəqliyyatı olan metro da əlçatmaz olmağa başlanır...

Benzinin qiymətinin qalxmasından sonra metroda gediş haqlarının artacağı ehtimalı daha çox güclənib.

Bu gedişlə insanlar gündəlik velosipeddən istifadə etməli olacaqlar. Çünki Metropolitenin sözçüsü də qiymət artımı barədə konkret danışmayıb. Nə təkzib, nə təsdiq edib.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, artıq Tarif Şurasının yeraltı nəqliyyatın tariflərini dəyişməsi üçün hazırlıq gördüyünü deməyə əsas yaranır.

“Bu barədə bir söz deyə bilmərəm. Çünki məlumatımız yoxdur. Hər şey Tarif Şurasının qərarından asılıdır”.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qiymət artımı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

O, Bakı Metropoliteni tərəfindən Tarif Şurasına belə bir müraciətin olunmadığını açıqlayıb.

İqtisadçı Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir, metroda gediş haqqının qaldırılmasına dair söhbət aparılır.

Onun sözlərinə görə, metro ilə bağlı dəfələrlə açıqlama olub, amma sərnişinin maya dəyəri, onun necə hesablanması açıqlanmır: “Bu, təxmini 50 qəpik civarında bildirilib. Ona görə gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər.

Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır.

Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini hesablamaq mümkündür.

Hələlik əlimizdə olan ancaq sərnişindaşımanın maya dəyərinin artması ilə bağlı həmin qurumun özündən verilən məlumatdır. Ola bilər, Metropolitendə də gediş haqqının artırılması ilə bağlı qərar verilsin”.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Bu isə hazırkı qiymətlərin 20% artırılması deməkdir. Bu da metroda gediş haqlarının qaldırılmasını aktuallaşdırıb.

Artım olarsa aztəminatlı təbəqənin cibinə növbəti zərbə dəymiş olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir.


Elektrik enerjisinin bahalaşması Metropoliten rəhbərliyinə bu addımı atmaq üçün ikiqat fürsət qazandırıb. Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir.

Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır. Belə ki, ötən ilin 9 ayında sərnişin daşınmasından zərər 52.4 milyon manatdan çox olub.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR