SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yaponiya hərbiçiləri Rusiyaya məxsus hərbi təyyarələrin fəallaşdığını bildiriblər

15-07-2017, 05:41 | Oxunub: 6 992 |

Yaponiya hərbiçiləri Rusiyaya məxsus hərbi təyyarələrin fəallaşdığını bildiriblər
Cari ilin aprel-iyun ayları ərzində Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri daha çox Rusiya hava-kosmik qüvvələrinə məxsus (HKQ) təyyarələrlə əlaqədar havaya qalxıb. Bu barədə ölkənin özünümüdafiə qüvvələrinin birləşmiş qərargahı məlumat yayıb.

Qəraragahdan bildirildiyinə görə, cari ilin ikinci rübü ərzində Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri ümumilikdə 229 dəfə səmaya qalxıb. Bunun 125-i (55 faiz) məhz Rusiya, 101-i (44 faiz) isə Çin hərbi təyyarələrinə görə olub. Son beş ilin göstəricilərinə görə, adətən yapon qırıcılar daha çox Çin hərbi təyyarələrinin yaxınlaşması ilə əlaqdar səmaya qalxmışdı. Məsələn ötən ilin ikinci rübündə yapon qırıcılar 199 dəfə Çin, 78 dəfə isə Rusiya hərbi təyyarələrinə görə bunu etmişdi.

Yapon hərbiçilər qeyd edirlər ki, Çinin səmada fəallığı əhəmiyyətli dərəcədə - 99 dəfə, Rusiyanın fəallığı isə 47 dəfə azalıb. Əlavə olaraq bildirilir ki, Çin təyyarələri adətən qırıcı, Rusiya təyyarələri isə kəşfiyyat təyyarələri ilə təmsil olunublar. Uçuşların marşrutunda da əsaslı fərqlər qeyd edilib. Belə ki, Çin təyyarələri əsasən, Şərqi Çin dənizi istiqamətində, Rusiya təyyarələri isə cənub sahilləri istisna olmaqla bütünlüklə Yaponiya ətrafında-şimal-qərb və şimal istiqamətində uçuşlar həyata keçirib.


Fotoşəkillərin də əlavə edildiyi məlumatda qeyd edilir ki, uçuşlar zamanı əsasən Tu-95, Tu-142, İl-38, İl-20, Su-24 təyyarələrindən istifadə edilib.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR