17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Leyla Əliyeva Kannda açılışda - fotolar
Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.
EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın tərənnümünə yönələn bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.
Bildirib ki, sərgi çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat və yaradıcılığı haqqında kitabının təqdimatı edilir. Bu kitabda rəssamın Azərbaycanda və xarici muzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert proqramı da təqdim edilib.
Konsertdən əvvəl Anar Ələkbərov çıxış edərək tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş arzularını çatdırıb.
Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.
EMTV.az