14 iy 06:09Oxunub: 156 |

Medvedyev bu filmə görə Moskvadan çıxa bilmir

Medvedyev bu filmə görə Moskvadan çıxa bilmir
Rusiya Prezidenti Dmitri Medvedyev Prezident Vladimir Putinlə regionlara “O sizin üçün Dimon deyil” filmi ucbatından gedə bilmir.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə informasiyanı “Vedomosti” qəzeti yayıb. Qəzet qubernator seçkilərinin baş tutacağı 16 regiondan 4-də artıq Putinin olduğunu bildirib. Medvedyev isə bu bölgələrin heç birinə getməyib. Maraqlı məqam ondan ibarətdir ki, 2016-cı ildə Dumaya keçirilən seçkidən öncə baş nazir 19 regionda olub. Baş nazirin bu il eyni səfərləri təşkil etməməsinə Aleksey Navalnının filmindən sonra ona qarşı yaranan mənfi münasibət səbəb olub.

Qeyd edək ki, “O sizin üçün Dimon deyil” filmində Medvedyevin bütün biznes imperiyası ictimaiyyətə təqdim edilmişdi. Bundan sonra Navalnı xalqı etirazlara səsləmişdi. Nəticədə Rusiyanın 100-dən çox şəhərində kütləvi mitinqlər keçirilmişdi.

EMTV.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 923
XƏBƏR LENTİ

Reklam
Məzənnə