SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlı jurnalistlərlə polyak azarkeşlər arasında söz atışması – təyyarədə nələr oldu?

13-07-2017, 14:50 | Oxunub: 9 038 |

Azərbaycanlı jurnalistlərlə polyak azarkeşlər arasında söz atışması – təyyarədə nələr oldu?
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qəbələ” - “Yagelloniya” matçının diktoru, tanınmış idman jurnalisti İlkin Fikrətoğlu ilə Bakıya gələn polşalı azarkeşlər arasında söz atışması olub.

Emtv.az xəbər verir ki, qol.az saytının müxbiri ilə söhbətində İ.Fikrətoğlu hadisənin Kiyev – Bakı təyyarə reysində baş verdiyini deyib:

“Dünən dostum və həmkarım Elnur Məmmədli ilə Kiyevdən Bakıya polyak fanatlatla eyni təyyarədə gəldik. 30-35 nəfər olardılar, səs-küyləri təyyarəni götürmüşdü. 3 saatlıq uçuş boyu bir dəqiqə də sakit dayanmadılar. Sərnişinlərin narazılığı, stüardessaların xəbərdarlığı belə onlara təsir etmədi. Aralarında rus dilini bilən bir neçə nəfər -Adam, Artur, Yakub və başqaları var idi. "Qəbələ" haqda yetərincə məlumat toplamışdılar. Yeni transferlər, son yoxlama oyunları, ardıcıl iki il qrupda oynamaları və sair. Rəqibin sıradan biri olmadığının fərqindədilər. Amma təbii ki, öz komandalarına inanıb o qədər yolu Polşadan Bakıya gəlirdilər. Onlara "Qarabag"ın "Visla" və "Şlensk" üzərindəki qələbələrini xatırladıb qıcıqlandırmağa çalışdıq. Veclərinə də olmadı, hətta sevindilər ki, yaxşı edib "Visla"ya qalib gəlmisiz. Onları yalnız öz klubları - 40 illik tarixi ərzində hələ ki, çempion ola bilməyən "Yagelloniya" maraqlandırır. Polyak fanatlara dedim, sabahkı oyunun stadionda diktoru mənəm, siz burada təyyarədə bağırın, sabah isə mən və "Qəbələ"nin əsl fanatları sizin səsinizi stadionda batıracağıq. İnşallah, "Qəbələ" bizi peşman etməz..” – deyə İ.Fikrətoğlu bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR