SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tacikistan şirkətlərinin Dağlıq Qarabağda fəaliyyət göstərməməsi ilə bağlı razılıq əldə edilib

13-07-2017, 14:46 | Oxunub: 7 947 |

Tacikistan şirkətlərinin Dağlıq Qarabağda fəaliyyət göstərməməsi ilə bağlı razılıq əldə edilib
Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Emtv.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən apa-ya verilən məlumata görə, komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Tacikistan tərəfdən isə bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodadır.

Komissiyanın iclasında çıxış edən Ş.Mustafayev ölkələrimiz arasında tarixi və mədəni yaxınlığı qeyd edib, siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. Bu gün 4-cü iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində önəmli rol oynayır. Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb.

Nazir iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bundan başqa, Ş.Mustafayev Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqeyə malik olduğunu vurğulayaraq, tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, tikintisi bu il tamamlanacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə artıq Azərbaycanda dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Bu strateji layihələrin icrası iqtisadi-ticarət, turizm və tranzit sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir. İclasda tranzit potensialından səmərəli istifadə edilməsi, tariflərin optimallaşdırılması sahəsində Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülən işlər barədə məlumat verilib və Tacikistanın bu imkanlardan yararlana biləcəyi qeyd edilib. Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən imkanlarından istifadə etdiyi qeyd olunub və topoqrafik, həmçinin torpaqların kadastr xəritələrinin hazırlanmasında, ekoloji monitorinqlərin aparılmasında Azərbaycan peykindən istifadə edilməsi məsələsinə baxıldığı bildirilib.

Daha sonra nazir regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini bir daha diqqətə çatdırıb
.

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri N.Xikmatullozoda Tacikistan iqtisadiyyatının mövcud vəziyyəti barədə məlumat verərək, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. N.Xikmatullozoda Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində marağını ifadə edib.

Komissiyanın iclasında Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana kənd təsərrüfatı və sənaye məhsullarının ixracına, qarşılıqlı maraq doğuran sahələrdə investisiya fəaliyyətinin genişləndirilməsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin artırılmasına, Tacikistanda və Azərbaycanda həyata keçirilən layihələrdə hər iki ölkənin şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinə, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə, Düşənbə-Bakı birbaşa hava reysinin bərpa edilməsinə dair müzakirələr aparılıb.


İclasın sonunda Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Ş.Mustafayev və N.Xikmatullozoda imzalayıblar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su resursları, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman və s. sahələrdə əlaqələrin inkişafı nəzərdə tutulur.

Protokolda Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilmiş hər hansı məhsulun Tacikistanın ərazisinə idxalına/ixracına, satışına və realizə edilməsinə, eləcə də bu ərazilərdə tacik şirkətlərinin hər hansı iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyinə dair əldə edilmiş razılıq xüsusi qeyd olunub.

Sonra Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün Tacikistanın investisiya imkanlarına dair təqdimat keçirilib.

“2030-cu il dövrü üçün Tacikistan Respublikasının milli strategiyası, investisiya mühiti və biznes imkanları”na dair təqdimatla çıxış edən Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Nematullo Xikmatullozoda yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan sahibkarlarını Tacikistanda həyata keçirilən layihələrdə iştiraka, Tacikistan iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.

Azərbaycana səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə də tanış olacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR