SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” – Prezidentə ŞİKAYƏT + FOTOLAR

13-07-2017, 13:14 | Oxunub: 13 558 |

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR
[i]Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174, 176, 180 və 182 saylı binaların sakinləri sabiq icra başçısı İbrahim Mehdiyevin sərəncamı əsasında yaşadıqları binaların sökülməsinə etiraz olaraq, Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.
Emtv.az xəbər verir ki, bir nüsxəsi azpolitika.info-ya da göndərilən həmin müraciətdə öncə bildirilir ki, Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyev “Qismət-M Construction” MMC və “SKY Recidentse” MMC-nin rəhbərliyi ilə əlbir olub, vətəndaşları evlərindən çıxarmaq istəyir. Belə ki, rayonun A.M.Şərifzadə küçəsi, İnşaatçılar metrosunun yanında yerləşən, Pilot layihəyə düşməyən binaları söküb yerində 14 mərtəbəli göydələnlər inşa etmək istəyirlər:[/i]

“Cənab Prezident! Yasamal rayonunda cəmi 18 bina qəzalı olduğu üçün Pilot layihəyə salınıb. Lakin bizim 162 və 174 saylı 8 bloklu 112 mənzilli, 5 mərtəbəli daş binalar heç vaxt əlaqədar təşkilatlar tərəfindən təmir olunmasa da, istinad divarları möhkəmdir. Hər iki bina zəlzələyə davam gətirən binalar sırasındadır. Həmin söküləcək binaların həyətində 334 ədəd müxtəlif növ ağaclar və 65 ədəd gül kolları əkib becərmişik. Əgər Pilot layihə adı ilə binalarımız sökülərsə, bütün bu yaşıllıqlar İ.Mehdiyevin “YAŞİL TERRORU”nun qurbanı olacaqdır.
Ötən aylarda Ovçular Evinin ərazisindəki ağacları kəsib yerlə-yeksan etdikdən sonra həmin ərazidə tikinti aprmaqdan əli üzülən işbazlar, qəzalı binaları sökmək əvəzinə bizim evlərimizə gözlərin dikiblər. Çünki bu binalar həm metroya yaxındı, həm də yol kənarındadır. Onlar burda bizə yataqxana tipində evlər tikib, özlərinə əlavə gəlir yeri əldə etmək, mənzillərin kvadratın yüksək qiymətə satmaqla “qaz vurub, qazan doldurmaq istəyirlər”.


[i]Sözügedən tikinti şirkəti ərazimizdəki dörd yüzə yaxın ağac və gül kollarını kəsib, yerində böyük yaşayış kompleksi, iaşə obyektləri tikəcək. Biz bu ağacları öz vəsaitimiz hesabına əkib-becərərək, uzun illərdir ki, qoruyb saxlamışıq.[/i

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

Cənab Prezident! Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki “harda ağac kəsilərsə, sanki mənim qolum kəsilir”. Əfsuslar olsun ki, icra orqanlarında çalışan bəzi məmurlar Prezidentimizin təqdim etdiyi Pilot layihə adı altında vətəndaşların mülkiyyət hüquqlarını kobudcasına pozaraq, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.
Cənab Prezident! İbrahim Mehdiyev Yasamal rayonunda icra başçısı işlədiyi müddət ərzində MKİS – nin rəisləri ilə əlbir olaraq, Yasamal rayonunda bir qarış boş yer qoymayıb. Yaşıllıqları məhv edib. Torpaqları yüksək qiymətlərə sataraq, binaların ara məsafələrini normadan qat-qat az məsafədə kiçildib. Hətta fövqəladə hadisə baş verərsə, çox acınacaqlı vəziyyət yarana bilər.

İ.Mehdiyev hələ 2014-cü ildə sənəddə 164 saylı ərazi göstərilsə də, 162 və 166 saylı binaların arasında yerləşən iki sota yaxın ərazini 850 min manata iş adamı Fəxrəddin Paşayevə satmışdı. F.Paşayev həmin ərazidə 10 metr hündürlükdə 4 mərtəbəli iaşə obyekti tikmək istəyirdi. Hansı ki, onun tikinti aparacağı ərazidə ətrafda yerləşən binalara gedən qaz boruları, su və istilik təchizat xətləri, o cümlədən metronun havalandırma sistemi, metroya aid kabel xətləri keçir. Sakinlərin etirazı ilə rastlaşdıqdan sonra həmin ərazidə tikinti dayanmışdı. İndi yenidən həmin F.Paşayev gəlib bizə bildirir ki, mən artıq bu yerin sərəncamını almışam, binalar sökülən kimi tikintiyə başlayacam.

İ.Mehdiyev ərazidə qəzalı vəziyyətdə olan 1 ,2, 4 və 5 mərtəbəli binaları sökmək əvəzinə, biz sakinlərlə razılaşma əldə etmədən, şəxsi mülkiyyətimizdə olan evlərimizin sökülməsilə bağlı 22 iyun 2017-ci il tarixdə 195 saylı Sərəncam imzalayıb. Bizdən əvvəl 2015-ci ilin dekabr və 2016-cı ilin sentyabr aylarında İbrahim Mehdiyevin birbaşa rəhbərliyilə Yasamal rayonunun başqa ərazilərində də eyni ilə söküntü işləri aparılıb, sakinlər məcburi köçürülərək kirayə evlərdə yerləşdiriliblər.

Lakin həmin yaşayış kompleksində tikinti işləri ləng getdiyindən, sakinlər hələ də şəraitsiz kirayə evlərdə əziyyət çəkirlər. Halbuki, İbrahim Mehdiyev sakinlərlə görüşündə bildirmişdi ki, “mən sizə söz verirəm ki, hər birinizə 20 kv artıq veriləcək və hər şey sizin istədiyniz kimi olacaq. Mən sizə QARANT DURURAM”.
Lakin məlum olduğu kimi, İ.Mehdiyev bizə sərəncamı imzalayandan bir neçə gün sonra tutduğu vəzifəsindən kənarlaşdırıldı.

Cənab Prezident, ümidimiz yalnız Sizədir. Biz, Sizin məmurları xalqa xidmət etməyə çağırışlarınızı alqışlayırıq. Odur ki, xahiş edirik, öz mənfur niyyətlərini həyata keçirmək istəyən işbazların evimizi sökməsinə imkan verməyin”.


[i]Müraciətdə daha sonra qeyd edilir ki, tikinti işlərini yenicə qeydiyyatdan keçmiş “SKY Recidense” MMC və “Qismət-M Construction” MMC tikinti şirkətləri “Karat Holdinq”in sahibi, İmişli rayonunun deputatı Əsabil Qasımovun himayəsindədirlər.[/i]
SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

Narazı sakinlər müraciətlərində Yasamal rayon İcra Hakimiyyəti və tikinti şirkətinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarını da qeyd edirlər. Onlara 3 gün ərzində binanı boşaltmasalar, zorla köçürüləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Hətta təqdim edilən müqavilənin şərtləri ilə heç cürə razılaşmayan sakinlərə 56 saylı MKİS-in rəisi Novruzov Rafik hədə-qorxu gəlir. Deyir ki, əgər binanın sökülməsinə razılıq verməsəz, bütün komunal xidmətləri dayandıracam. Su, işıq və qaz xətlərini kəsdirəcəm. Onsuz da bu məsələ ortaya çıxandan nəinki bizim binada, ətraf binalarda da tez-tez suyun kəsilməsi və yaxud çox az təzyiqlə verilməsi müşahidə olunur. Şikayət edəndə buna səbəb kimi su borularının köhnəldiyi bəhanə gətirilir. Hətta işıq idarəsindən sakinlərə bildiriblər ki, 25 iyul tarixdə işıqlarınız kəsiləcək”.

[i]Müraciətdə daha sonra qeyd edilir ki, tikinti şirkətindən onlara yalnız bina təhvil veriləndən sonra kommunal xərclərdə güzəştə gedilə biləcəyi söylənilib. Ancaq eyni zamanda yeni inşa olunan binadan mənzil alanlara bildirilib ki, əvvəlki evlərinin kvadratından artıq olan hər bir kvadrata görə min manat əvvəlcədən ödəniş etməlisiz. Halbuki, İbrahim Mehdiyev sakinlərlə görüşündə bildirmişdi ki, hər bir mənzilə 20 kv əlavə hədiyyə veriləcək.[/i]

Bundan hiddətlənən sakinlər hesab edirlər ki, öz evlərini özlərinə yenidən satırlar. İnşaatçılar metrosunun tünelinin düz böyründə yerləşən 162 və 174 saylı binaların yerində iki ədəd 14 mərtəbəli binaların inşa olunmasının gələcəkdə metroya nə kimi xələl gətirə biləcəyi barədə heç bir ekspert rəyi yoxdur. Yalnız İ.Mehdiyevin sərəncamı ilə tələsik söküntü işlərinə başlanılıb: “Tikinti şirkəti sakinlərə bildirib ki, əgər bu işə yeni təyin ediləcək icra başçısı qarışsa, biz sizə vəd etdiyimiz şərtlərə əməl etməyəcəyik. İ.Mehdiyev sakinlərlə görüşdə bildirib ki, əgər bu şirkətlər özlərini doğrultmasa və tikintini yarımçıq qoyub getsə, onda başqa şirkətlə müqavilə bağlanacaq.
Son günlərdə İ.Mehdiyevin özbaşına qərar verməsilə əlaqədar vəzifədən kənarlaşdırılması, tikinti şirkətləri barədə şübhəli açıqlamalar verməsi və bizə təqdim edilən müqavilədə göstərilən şərtlər mülkiyyət hüququmuza zidd olduğuna görə, evlərimizin sökülməsini istəmirik.
Cənab Prezident, xahiş edirik çirkin niyyətli işbazlara icazə erməyin ki, evlərimizi söksünlər”.

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR

SABİQ İCRA BAŞÇISI YASAMALI “SÖKÜR” –  Prezidentə ŞİKAYƏT + FOTOLAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR