SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublika idmançıları bu ilin ikinci rübündə 462 medal qazanıblar

12-07-2017, 13:26 | Oxunub: 6 095 |

Muxtar respublika idmançıları bu ilin ikinci rübündə 462 medal qazanıblar
Muxtar respublikada gənclərin idmana cəlbi və idmanın kütləviliyinin artırılması sahəsində tədbirlər bu ilin ikinci rübündə də davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, qeyd olunan dövrdə peşəkarlararası reytinq və kəmər müdafiəsi döyüşləri, pauerliftinq və benchpressidman növü üzrə beynəlxalq turnir, futbol üzrə “Qarabağ” və “Qəbələ” komandaları arasında Azərbaycan kubokunun final oyunu, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı, boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri və futbol üzrə “Heydər Əliyev kuboku” yarışı keçirilib. Həmçinin federasiyadaxili yarışlar təşkil olunub və qalib idmançılar mükafatlandırılıb. Muxtar respublikadan olan 37 idmançı isə müxtəlif idman növləri üzrə keçirilən ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak edib. Naxçıvan Dövlət Universitetinin bədən tərbiyəsi və idman, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında intellektual oyun keçirilib, gənclərlə iş və idman sahəsini əhatə edən tədbirlərdə həmin tələbələrin iştirakı təmin olunub. Qızların idmana cəlb olunması istiqamətində də işlər davam etdirilib, hərtərəfli şərait yaradılıb. Məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirlər görülüb, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işləri genişləndirilib. Belə ki, fiziki imkanları məhdud şəxslər arasında armreslinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Həmçinin aztəminatlı ailələrdən olan uşaq, yeniyetmə və gənclərin ödənişsiz idmanla məşğul olmaları üçün şərait yaradılmış, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanıb, idman geyim və ləvazimatları ilə təmin olunub. Muxtar respublikada mövcud Olimpiya- İdman komplekslərinin fəaliyyətlərinin gücləndirilməsi, yerlərdə yaradılmış şəraitdən, o cümlədən idman qurğu və avadanlıqlarından səmərəli istifadəyə nail olunması üçün işlər davam etdirilib, eləcə də Şərur rayonunun Dəmirçi kəndində yeni stadion istifadəyə verilib. 2017-ci ilin ikinci rübündə Şərur rayonunda 14, Babək rayonunda 10, Ordubad rayonunda 8, Culfa rayonunda 13, Kəngərli rayonunda 9, Şahbuz rayonunda 23, Sədərək rayonunda 6 idman tədbiri keçirilib. Ali təhsil müəssisələri və idman federasiyaları ilə birgə hazırlanmış proqrama əsasən Uzunoba Su Anbarının ətrafında ali və orta ixtisastəhsili müəssisələrinin tələbələri arasında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və “Heydər Əliyev kuboku” uğrunda peyntbol idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının idman növləri üzrə yığma komandaları yaradılmış və ölkə səviyyəli yarışlarda iştirakı təmin olunmuşdur. Ümumilikdə, bu ilin ikinci rübündə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərə- findən 80 tədbir keçirilib. Hesabat dövründə muxtar respublika idmançıları 462 medal qazanmışlar ki, bunlardan 410-u Naxçıvan Muxtar Respublika birinciliyi, 24-ü Azərbaycan birinciliyi, 26-sı Beynəlxalq turnir, 1-i Dünya çempionatı, 1-i isə IV İslam Həmrəyliyi Oyunlarında olunub. Muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idmanın kütləviliyinin artırılması sahəsində tədbirlər bundan sonra da davam etdiriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR