SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Planet" şadlıq sarayının rəhbəri prokurorluğa verildi

11-07-2017, 14:08 | Oxunub: 8 764 |

"Planet" şadlıq sarayının rəhbəri prokurorluğa verildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində mütəmadi olaraq ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılır.

Emtv.az ETSN-ə istinadən xəbər verir ki, növbəti araşdırma zamanı Nizami rayonu, Mehdi Abbasov küçəsi 4 c ünvanında, "Planet” şadlıq sarayının arxa hissəsindəki yaşıllıq sahəsində yaşköküstə 12-28 sm diametrliyində sərv, eldar şamı və qarağac cinsli 9 ədəd ağacın qanunsuz kəsildiyi, 20 ədəd ağacın isə gövdə və çətir hissələrinin ciddi zədələndiyi məlum olub.

"Ağacların ərazidə tikinti aparan "Karvan-K” istehsalat-kommersiya firması tərəfindən kəsildiyi və zədələndiyi müəyyən edilib. Özünü Planet şadlıq sarayının rəhbəri kimi təqdim edən Talıb Quliyev ağacların onun göstərişi ilə kəsildiyini bildirib. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı tikintini həyata keçirən "Karvan-K” firması barəsində akt tərtib olunaraq 7920 manat məbləğində ziyan tətbiq edilib. Məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barədə qanunamüvafiq tədbirlərin görülməsi və ərazidəki digər ağacların məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Əfsus ki, sosial şəbəkələrdə bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran, pafoslu ifadələr işlədərək özünü ətraf mühitin, yaşıllıqların fəal qoruyucusu kimi göstərməyə çalışan vətəndaşın özü, bəzi hallarda etinasızlıq, məsuliyyətsizlik göstərərək yaşıllıq olan ərazidə ağacları kəsərək tikinti aparır".


Məlumatda bildirilib ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan ərazidə yaşıllıq olub-olmamasını nəzərə almalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır:

"Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR