11 iy 11:17Oxunub: 121 |

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fərman imzalayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri fərman imzalayıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yeni əsasnaməsi təsdiq edilib.

Emtv.az-ın azərtac-a istinadən məlumatına görə, iyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilsin.

2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin, Komissiyanın strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin".


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Tanınmış şairə Gulşad Nurani
Tanınmış şairə Gulşad Nurani "Esmamedia TV"-nin yeni ofisində ad gününü qeyd etmişdir-FOTOLAR
Oxunub: 257
XƏBƏR LENTİ

Reklam
Məzənnə