SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təəssüratla ayrılıblar

11-07-2017, 11:02 | Oxunub: 8 947 |

Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təəssüratla ayrılıblar
Xəbər verdiyimiz kimi, iyulun 7-8-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Plenar və bölmə iclaslarından sonra konfrans iştirakçıları muxtar respublikanın türk-islam mədəniyyətini özündə əks etdirən abidələrlə tanış olublar. Səfər müddətində Naxçıvanın türk-islam mədəniyyəti ilə yaxından tanış olan konfrans iştirakçıları öz təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə də bölüşüblər. Emtv.az həmin müsahibələri sizə təqdim edir.
Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təəssüratla ayrılıblar
Nailə Vəlixanlı – Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik: – Naxçıvan təkcə Azərbaycanın deyil, dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Muxtar respublikada türk-islam mədəniyyətinin izlərini özündə yaşadan çox əhəmiyyətli abidələr var. İstər İslamdan əvvəl, istərsə də sonrakı dövrlərdə burada yaradılmış abidələr Naxçıvanın tarixini, zəngin mədəniyyətini özündə əks etdirir. Bu abidələr tarixin çətin sınaqlarından keçərək bu günümüzədək gəlib çatıb. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə belə abidələrimiz yenidən bərpa olunub, onlara ikinci nəfəs verilib. Bu abidələrin varlığı onu göstərir ki, Naxçıvan qədim türk yurdudur və yerli əhali əsrlərboyu burada yaşayaraq özünün tarixini, əvəzolunmaz mədəniyyətini yaradıb. Bu baxımdan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci ildə öz tarixini, mədəni zənginliyini təbliğ etmək üçün geniş imkanları yaranacaq və inanırıq ki, bu zənginliklə bütün İslam dünyası tanış olacaq.
Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təəssüratla ayrılıblar
Hüseyn Yurttaş – Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor: – Naxçıvanın bir çox bölgələrində olan tarixi-memarlıq abidələri türk-islam mədəniyyəti abidələri içərisində öz əhəmiyyəti ilə seçilən tikililərdir və Naxçıvanın tarixini, mədəni zənginliyini göstərir. Tarix sübut edir ki, Naxçıvanın coğrafiyası böyük bir mədəniyyətə sahib olub. Bu mədəniyyəti günümüzə daşıyan məhz belə abidələrdir. Sevinirəm, eyni zamanda qürur duyuram ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu tarixin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün çox böyük işlər görür. Son illərdə Naxçıvanda xeyli sayda tarixi tikililər bərpa olunub, Naxçıvanın tarixi ilə bağlı müxtəlif beynəlxalq konfranslar keçirilir. Onu da qeyd edim ki, mən bundan əvvəl 2012-ci ildə Naxçıvanda olmuşdum. Aradan elə bir uzun dövr keçməyib. Ancaq inanın ki, bu qısa dövr ərzində Naxçıvan daha da dəyişib, gözəlləşib. İnkişafı, dirçəlişi hər yerdə görmək mümkündür. Bu, məni çox sevindirir.
Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təəssüratla ayrılıblar
Bəhram Acarlı – Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru: – Azərbaycan orta əsrlər dövründə İslam dünyasının ən zəngin və parlaq memarlıq nümunələrini yaradıb. Memar Əcəmi Naxçıvaninin müəllifliyi ilə yaradılmış abidələrdə biz bunun gerçək nümunəsini görürük. Ümumiyyətlə, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə malik bir diyardır. Burada olduğumuz müddətdə tarixi abidələrlə tanışlığımız zamanı gördüklərimiz, eyni zamanda konfransda edilən çıxışlar bunu bir daha sübut etdi. Qeyd etməyi vacib bilirəm ki, Naxçıvanda tarixə böyük sevgi, məhəbbət var. Buradakı tarixi abidələrin bərpası sahəsində böyük işlər görülüb. Ümumiyyətlə isə Naxçıvandakı qədimlik və müasirlik, abadlıq və səliqə-sahman deməyə əsas verir ki, Naxçıvan İslam dünyasında fərqli bir yerə sahibdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR