SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezidentdən irimiqyaslı layihə ilə bağlı müjdə

10-07-2017, 15:43 | Oxunub: 8 453 |

Prezidentdən irimiqyaslı layihə ilə bağlı müjdə
“Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus “Şahdəniz” 1-1,2 trln. kubmetr ehtiyata malikdir”.

Emtv.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, yataq bu gün “Cənub Qaz Dəhlizi” layihəsinin resurs bazasının əsasını təşkil edir. Prezidentin sözlərinə görə, bu gün Azərbaycan neft-qaz hasil və ixrac edən ölkəyə çevrilib.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi İlham Əliyev: “Qazaxıstanla mövqelərimiz üst-üstə düşür”

“Azərbaycan dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki dünya bazarlarına birbaşa çıxışı yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii ehtiyatlarını dünya bazarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılıb. 2006-cı ildə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında qardaşım Rəcəb Tayyib Ərdoğanla bir yerdə iştirak edirdik. O vaxt da biz gələcək planlar barədə düşünür, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız reallığa çevrildi. Bu gün “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihənin üzərində çalışırıq. Onun da təməli İstanbulda qoyulub. 2012-ci ildə qardaşım Ərdoğanla TANAP layihəsi barədə anlaşma imzaladıq. TANAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin özəyidir. Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir” — deyə ölkə başçısı qeyd edib.

Prezident nəzərə çatdırıb ki, bu layihə 4 hissədən ibarətdir: “Birinci hissə “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz-2″ layihəsinin icrası 93 faizə çatıb, yaxın aylarda tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəməridir. Burada da işlər 87 faiz səviyyədə tamamlanıb. Üçüncü, ən əsas olan TANAP-da tamamlanma səviyyəsi 77 faizdir. Gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP layihəsidir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, artıq bu sərmayənin böyük hissəsi qoyulub”.

Azərbaycan prezidentinin rəsmi internet səhifəsi”Şahdəniz”dəki problem nədən ibarətdir?

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: “Gələcək on illiklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək. Cənub Qaz Dəhlizin icrasında 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. 3 Balkan ölkəsi də gələcəkdə bu layihəyə qoşula bilər. Gələcəkdə bu layihənin coğrafiyasını genişləndirəcəyik, çünki bu layihə hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Layihənin icrası göstərir ki, burada iştirak edən bütün şirkətlər və ölkələr qazanc əldə edir. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçı ölkə — Azərbaycan, həm tranzit, həm də istehlakçı ölkələr burada ortaq maraqlar əsasında çalışır. Məhz maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Texniki, iqtisadi, maliyyə, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra ediləcək, Azərbaycan bundan sonra uzun illər həm bölgə, həm də Avropa ölkələrini qazla təmin edəcək. Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Bu da enerji şaxələndirilməsi istiqamətində ciddi addımdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR