SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar Respublikada gənclərin hərbi xidmətə yola salınması davam edir

10-07-2017, 13:31 | Oxunub: 7 207 |

Muxtar Respublikada gənclərin hərbi xidmətə yola salınması davam edir
Şərur və Kəngərli rayonlarında çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət Himni səsləndirilib.

Sonra idarənin rəisi, palkovnik leytenant Nurlan Cəfərov tədbiri giriş sözü ilə açaraq gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsində də gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Şöbənin rəisi mayor Həsən Məmmədov bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı təmin edən müasir və güclü ordusu vardır.


YAP Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin əməkdaşı Kənan Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Xanlar Əhmədov, Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağa Seyidov bu əlamətdar hadisə münasibəti ilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Sonda çağırışçılar hərbi xidmətə yola salınıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR