SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR

7-07-2017, 18:19 | Oxunub: 24 000 |

İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Faiq Əhmədovun iyul ayının 4-də Füzuli rayonunda yaşanmış faciə ilə bağlı dünya Azərbaycanlılarına və bütün mütərəqqi insanlara müraciət etdi

F.Əhmədov: “Mən bütün sağlam düşüncəli bəşəriyyətə, bir ananın övladı və bir övladın valideyni olmağın nə demək olduğunu dərk etmək iqtidarında olan hər kəsə müraciət edirəm!”


İyul ayının 5-də “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Komitəsi”nin, “İdeal Sülhün Təbliği Fondu”nun və “Azərbaycanın Səsi” İctimai Birliyinin birgə tədbiri keçirilmişdir.

Emtv.az xəbər verir ki, tədbirə bir çox ictimai və elm xadimləri, tanınmış ziyalılar, mətbuat nümayəndələri də qatılmışlar. O cümlədən tədbirdə iştirak edənlər arasında “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Komitəsi”nin sədri Nəbi Qafarov, “Azərbaycanın Səsi” İB-nin sədri Məşədi Faiq Əhmədov, “İdeal Sülhün Təbliği Fondu”nun prezidenti hacı Əlikram Müzəffər, fondun vitse-prezidenti, Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, fondun vitse-prezidenti, ADMDK-nin üzvü, İraq-Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin üzvü, şairə, hacı-xanım Aygün Hüseyn, “Dünya Azərbaycanlıları Konqresi”nin vitse-prezidenti Xəzər Emin, Azərbaycan Tibb Universitetinin professoru, tanınmış həkim Rəşid Mahmudov və digər tanınmış şəxslər də olmuşlar. Yüksək səviyyədə keçirilən tədbir ümumilikdə Azərbaycan dövlətçiliyinə və şəxsən ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyətinə milli-ictimai dəstəyin verilməsi işinin daim genişləndirilməsi və təbliğ olunması məsələsinə həsr olunmuşdur. Çıxış edənlər yekdilliklə bu məsələnin vacibliyini vurğulamış, milli birliyimizin getdikcə daha da möhkəmlənməsi üçün dövlətçilik amallarına sədaqət prinsiplərinin son dərəcə böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd etmişlər.

Tədbiri giriş sözü ilə açan Nəbi Qafarov öz çıxışında xüsusilə gənc nəslin formalaşmaqda olan dünya görüşündə və düşüncə tərzində Azərbaycançılıq ideyalarının daha da möhkəmləndirilməsi, milli-vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından Azərbaycan dövlətçiliyinə sədaqət və ölkə prezidentinə dəstək amillərinin mühüm yer tutduğundan danışdı. Rəhbərlik etdiyi qurumun da məhz bu məqsədə xidmət naminə fəaliyyət göstərdiyini vurğulayan komitə sədri bir daha bütün cəmiyyətimizə prezident İlham Əliyevin ətrafında daha sıx birləşmək çağırışı ilə müraciət etdi.

Həmçinin tədbirdə geniş nitq ilə çıxış edən “Azərbaycanın Səsi” İB-in sədri Faiq Əhmədov bu gün ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və iqtisadi inkişafın birbaşa məhz ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətin nəticəsi olduğunu bir daha diqqət mərkəzinə gətirmiş və bu siyasətin hər vasitə ilə dəstəklənməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Bundan başqa Faiq Əhmədov iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olmaları ilə bağlı dünya Azərbaycanlılarına və bütün düşünən bəşəriyyətə müraciət etmişdir. Öz müraciətində baş vermiş hadisəyə son dərəcə kəskin münasibət bildirən Faiq Əhmədov erməni vəhşiliyinə son qoyulması naminə bütün mütərəqqi qüvvələrin səfərbər olmasının vacibliyini vurğulamışdır.

Tədbirin gedişində Faiq Əhmədov “İdeal Sülhün Təbliği Fondu”nun prezidenti Hacı Əlikram Müzəffər və “Dünya Azərbaycanlıları Konqresi”nin vitse-prezidenti Xəzər Emin tərəfindən “QALİB SULTAN” diplomu (insanların, xüsusən də gənc nəslin bəşəri ruhda tərbiyyə olunmasında xidmətlərinə, yüksək mənəviyyat nümunəsi göstərdiyinə, eləcə də əsil insan məktəbinin təşkilatçılığı və ideal dünya uğurundakı fəaliyyətinə görə) ilə təltif olunmuş, həmçinin “ULUSLARARASI BARIŞ ELÇİSİ”
statusuna (mədəniyyətlərarası dialoq sahəsindəki çalışmalarına, dünyaya sevgi toxumları səpərək ideal dünya barışının formalaşması işinə verdiyi tövhələrə və bəşəri etirafı qəbul etməsinə görə) layiq görülmüşdür.


Tədbirdən sonra əməkdaşlarımız Faiq Əhmədovdan müsahibə almışlar. Aşağıda Faiq müəllimin keçirilmiş tədbirdəki çıxışını (ixtisarla) və müsahibəsini sizlərə təqdim edirik.

Faiq Əhmədovun çıxışı:

Əziz dostlar, hörmətli tədbir iştirakçıları, dəyərli həmkarlarım!

- Bu gün biz həqiqətən də beynəlxalq münasibətlərin gərginləşməsi və ziddiyyətlərin dərinləşməsi ilə müşayiət olunan, çox mürəkkəb bir dövrdə yaşayırıq. Hamımız şahidik ki, hazırkı dövrdə dünyanın bir çox dövlətləri mütəmadi olaraq ən müxtəlif formada təcavüzə məruz qoyulurlar. Terror hücumları, qonşu dövlətlərin ərazi iddiaları, milli-etnik və ya dini zəmində xarici qüvvələr tərəfindən yaradılan münaqişələr və sairə. Həmçinin biz görürük ki, sadəcə kiçik dövlətlər deyil, hətta bir çox inkişaf etmiş, güclü dövlətlər belə bu kimi hücumlara məruz qoyula bilirlər. Bu deyilənlərə nümunə olaraq, şərqdə Suriyada yaşananları, Avropada isə, bu yaxınlarda İngiltərədə törədilmiş terror aktını gösərmək olar. Aydındır ki, mən yalnız iki dövlətin adını çəkməklə bu proseslərin yayılma ərazisinin genişliyini vurğulamaq istədim. Əslində isə, hərbi münaqişə zonaları, terror hücumlarına məruz qoyulan ərazilər bu gün həddindən artıq çoxdur.

Lakin bütün bu proseslərin fonunda, bu gün doğma Azərbaycanımızda sülh və əmin-amanlıq, inkişaf və çiçəklənmə müşahidə olunmaqdadır. Bu vəziyyət isə, ölkə rəhbərliyinin və əlbəttə ki, ilk növbədə şəxsən möhtərəm prezidentimiz cənab İlham Əliyevin yürütdüyü son dərəcə düzgün və effektli xarici və daxili siyasətin, göstərdiyi böyük səylərin nəticəsi olaraq ölkəmizdə yaranmışdır. Həmçinin qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin yürütdüyü xarici siyasət təkcə Azərbaycanda deyil, həmçinin regionda da sülh və əmin-amanlığın təmin olunması işinə əvəzsiz tövhələrini verir. Əgər regional sülhün qorunub-saxlanması məsələsi bizim üçün prioritet məsələ olmasaydı, heç şübhəsiz Azərbaycan indiyədək hələ də işğal altında qalan torpaqlarının məhz sülh yolu ilə qaytarılması üçün bu qədər səbr və təmkinlə çalışmazdı.

Dediyim kimi, bu gün Azərbaycan bir çox digər dünya dövlətləri üçün sülhsevərliyin, tolerantlığın bariz nümunəsi olmaqla bərabər, eyni zamanda dinamik inkişaf edən bir ölkədir. Bu gün ölkə əhalisinin maddi rifahının durmadan yüksəlməsi də, qaçqın və məcburi köçkün vətəndaşlarımızın problemlərinin ardıcıl həlli də, Azərbaycanın getdikcə daha çox mötəbər beynəlxalq tədbirlərə, xüsusilə idman yarışlarına ev sahibliyi etməsi də bu inkişafın əsas göstəriciləri kimi çıxış etməkdədir. Xüsusilə əhalinin nisbətən aztəminatlı hissəsinin problemlərinin həlli ilə bağlı işlərdən danışarkən isə, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti mütləq şəkildə vurğulanmalıdr. Hamımıza məlumdur ki, bu vəzifəyə təyinatından əvvəl də, təyinatdan sonra da Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri məhz hər zaman əhalinin aztəminatlı hissəsinin, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı olub.

Lakin ölkə rəhbərliyinin bu istiqamətdə göstərdiyi səmərəli fəaliyyəti heç də bizləri, sadə vətəndaşları arxayın salmamalı, hər bir məsuliyyətdən yaxamızı kənara çəkməyimizə yol açmamalıdır. Əksinə, bu gün biz hər zaman olduğundan daha böyük əzm və fədakarlıqla çalışmalı, öz işimizlə, əməyimizlə ölkə rəhbərliyinə hər bir sahədə dəstək olmalıyıq. Təbii ki, bu baxımdam qeyri-hökumət təşkilatlarının da rolu böyük əhəmiyyət kəsb edə bilər. İnsanların təşkilatlandırılması, vətəndaş həmrəyliyinə nail olunması və ən əsası da ölkə rəhbərliyinə bütün işlərdə güclü və davamlı dəstək verilməsi kimi həyati əhəmiyyətli məsələlər də QHT-lər tərəfindən prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanmalıdır. Ümid edirəm ki, bizim bugünkü toplantımızın nəticələr də məhz bu məqsədlərə xidmət edəcəkdir...
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
Faiq Əhmədovun iyul ayının 4-də Füzuli rayonunda yaşanmış faciə ilə bağlı dünya Azərbaycanlılarına və bütün mütərəqqi insanlara müraciəti:

Əziz bacı və qardaşlarım!

Dünən, iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş faciə bir daha məlun erməni simasını, insan adını daşımağa layiq olmayan bu məxluqların quduzlaşmış və azğınlaşmış yırtıcı xislətini bütün dünyaya nümayiş etdirdi. Nədənsə beynəlxalq ictimaiyyətə “Ermənistan silahlı qüvvələri” kimi təqdim olunan, əslində isə silahlı quldur dəstələrindən, mahiyyət etibarı ilə terrorçu qruplaşmalarından başqa bir şey olmayan, gözlərini qan tutmuş bu vəhşı daşnaq tör-töküntüləri növbəti dəfə günahsız insanların, dinc əhalinin, qadın və uşaqların qanını axıtmışlar. İri çaplı minaatanlardan və qumbaraatanlardan açılan atəş nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Zəhra amansızcasına qətlə yetirilmişlər. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu günahsız insanları heç də müharibə qurbanları adlandırmaq düzgün olmaz. Çünki elan olunmuş atəşkəs rejimi şəraitində erməni faşistlərinin bu kimi həmlələrinin acı nəticələrini yalnız düşünülmüş şəkildə icra olunmuş qətl kimi qiymətləndirmək mümkündür. Azərbaycan Ordusu artıq dəfələrlə sübut edib ki, hərbi əməliyyatlara başlanacağı təqdirdə şanlı əsgərlərimiz çox qısa müddət ərzində bütün ərazimizi, lazım gələrsə hətta tarixi ərazilərimizi də bu zatı-kökü bilinməyən, əsrlər boyu torpaqlarımızda yaşayıb, çörəyimizi yeyən nadürüstlərdən təmizləməyə tam qadirdir və hazırdır. Lakin, az öncə öz çıxışımda da dediyim kimi, bu gün Azərbaycan dövlətinin, möhtərəm prezidentimizin yürütdüyü xarici siyasət həm də regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasına yönəldilib. Biz hamımız bilirik ki, bu gün Qafqazlarda sabitliyin qarantı kimi çıxış edən, bu yönümdə söz və nüfuz sahibi olan önəmli ölkələrdən biri də məhz Azərbaycandır. Lakin erməni faşizminin təbliğatçıları bu vəziyyətdən sui-istifadə etməyə çalışır, cəzasız qalacaqlarını güman edərək, getdikcə daha da azğınlaşırlar.

Keçən əsrin ortalarında bəşəriyyət artıq faşizmə meydan verilməsinin sonda necə acı nəticələrə gətirib çıxara biləcəyinin şahidi olub. Bu gün isə, həmin “ideallar” artıq müxtəlif terror təşkilatlarının, marionet dövlətlərin bayraqları altında dünya ictimaiyyətinə nümayiş etdirilir. Bəs dünya bunun müqabilində nə edir? Dünya susur! Yalnız bəzi böyük dövlətlər birbaşa öz maraqlarına uyğun olduğu hallarda müəyyən anti-terror kampaniyaları həyata keçirirlər. Lakin erməni vandalları həmin böyük dövlətlərin maraqlarına açıq-aşkar zidd getməkdən hələ ki, çəkinmək lazım olduğunu yaxşı bilirlər. Məhz buna görə, ikili siyasət yürüdən həmin dövlətlər də bu gün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə, azğınlıqlara göz yumurlar.

Mən bütün sağlam düşüncəli bəşəriyyətə, bir ananın övladı və bir övladın valideyni olmağın nə demək olduğunu dərk etmək iqtidarında olan hər kəsə müraciət edirəm!

Gəlin nəhayət ki, bu erməni faşizminə, erməni terroruna, erməni təcavüzünə son qoyaq. İnanın ki, Azərbaycanın bunu etməyə öz qüdrəti də lazım olduğundan xeyli artıq dərəcədə yetərlidir. Lakin biz öz torpaqlarımızda murdar qan axıtmaq da istəmirik. Buna görə də, mövcud problemin sülh yolu ilə həlli üçün bütün imkanları sonadək tükətməyə çalışırıq.

Bu gün dünyada heç kim bu problemdən öz yaxasını kənara çəkməməlidir. Unutmayın ki, tarix boyu satqın ermənilərin xəyanətinə uğrayanların siyahısında Babəkdən başqa Spartak, Dara və bir çox digər tarixi şəxsiyyətlər də olublar.

Faiq Əhmədovun müsahibəsi:

- Faiq müəllim, ilk öncə Sizi bu yeni uğurunuz, yəni “Qalib Sultan” mükafatına layiq görülməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu təltifatla bağlı nə deyəbilərsiz?

-İlk növbədə mən “Qalib Sultan” mükafatının təsisçisi, “İdeal Sülhün Təbliği Fondu”nun prezidenti hacı Əlikram Müzəffər bəyə və “Dünya Azərbaycanlıları Konqresi”nin vitse-prezidenti Xəzər Emin bəyə təşəkkürümü bildirirəm. Çox şadam ki, mənim fəaliyyətim belə yüksək dəyərləndirilib və qiymətləndirilib. İnanıram ki, biz hamımız bundan sonra da bütün səylərimizi, bacarıq və potensialımızı ilk növbədə dövlətimizin çiçəklənməsi, eləcə də ümumbəşəri dəyərlərin qorunub saxlanması naminə səfərbər edəcəyik.

- Bildiyimiz qədər bu mükafatla təsisçilər ilk növbədə dünyada sülhün təbliği ilə bağlı xüsusi xidmətləri olan ictimai xadimləri təltif edirlər. Necə bilirsiniz, bu gün yaşadığımız cəmiyyətdə ümumbəşəri sülhün təbliğatı kifayət qədər aparılırmı?

- Heç şübhəsiz, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti bu gün bütün dünyada sülhün ən böyük carçısı və müdafiəçisi kimi tanınır. Xüsusi olaraq qeyd olunmalıdır ki, məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin gərgin fəaliyyəti, yürütdüyü mükəmməl xarici və daxili siyasəti sayəsində bu gün təkcə ölkəmizdə deyil, həmçinin bütün regionda da sülh və əmin-amanlıq qorunub saxlanılır. Mən az öncə başa çatmış tədbirdə etdiyim çıxışımda da vurğuladım ki, bu gün Azərbaycan bütün Qafqazda sülhün qarantı kimi çıxış edən ölkələrdən biridir. Bu isə, bizim sülhsevər siyasətimizin ən bariz göstəricisidir.

- Bununla belə, Faiq müəllim, Füzuli rayonunda dünən baş vermiş faciə ilə bağlı dünya ictimaiyyətinə ünvanladığınız müraciətinizdə Siz kifayət qədər sərt ismarıclar da səsləndirdiniz...

- Bilirsiniz, bir çoxları erməni problemini kiçik bir xalqın, daha doğrusu onların xalq adlandırılmağa belə haqları yoxdur, bir toplumun dövlətçilik iddiaları ilə bağlı yaranmış bir anlaşılmazlıq kimi göstərməyə çalışırlar. Amma əslində, erməni məsələsi özü kiçik bir şişdən ibarət olmaqla, yerləşdiyi orqanizmin bütün əzalarına rişələr atmış qorxunc xərçəng xəstəliyi ilə müqayisə oluna bilər. Bu, elə bir qara yaradır ki, müalicəyə gəlmədiyi məlum olan kimi, dərhal kəsilib atılmalıdır. Və bu məqsədlə əlinə cərrah bıçağı almış həkimin əlləri qətiyyən titrəməməlidir.

- Faiq müəllim, sonda oxucularımıza rəhbərlik etdiyiniz “Azərbaycanın səsi” İctimai Birliyinin əsas məramları barədə də bir neçə kəlmə ilə məlumat verməyinizi istərdik.

- Ümumiyyətlə, mənim düşüncəmə görə, ictimai birlik anlayışının özü artıq bu kimi qurumların yaradılmasında əsas götürülən məqsəd və məramlardan xəbər verir. Yəni, bu təşkilatlar cəmiyyətin müxtəlif üzvlərini ümumi amallar, prinsiplər əsasında özündə birləşdirərək, onların təşkilatlanmasını, vahid platformadan çıxış etmələrini təmin edir. Bizim birliyin əsas amalı isə, ölkəmizdə gedən quruculuq işlərinə, inkişafa imkanlarımız daxilində öz tövhələrimizi vermək, dövlətimizin, möhtərəm prezidentimizin fəaliyyətinə dəstək olmaqdır. Həmçinin adından da göründüyü kimi, “Azərbaycanın səsi” İctimai Birliyi bu gün ölkəmizdə gedən mütərəqqi proseslər, dövlətimizin inkişafı və əlbəttə ki, erməni təcavüzü barədə mövcud olan həqiqətlərin dünya ictimaiyyətinə doğru-düzgün formada çatdırılması üçün daha bir platforma kimi təsis olunub.

- Maraqlı müsahibənizə görə Sizə təşəkkür edirik və bundan sonrakı fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayırıq.

Emtv.az və Avatv.az saytlarının əməkdaşları Türkan Xudayarova, Aytən İsgəndərova, Elmar Əliyev tərəfindən hazırlanıb.

Tədbirdən hazırlanmış video-reportajı yaxın günlərdə EsmaMedia TV internet televiziyasının efirində izləyə bilərsiniz.

Emtv.az
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR
İB-lər Prezidentə dəstək zəminində bir araya gəldilər-FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR