SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Həmin insan mənim üçün yoxdur" - Amaliya Pənahova

6-07-2017, 11:00 | Oxunub: 246 |

"Həmin insan mənim üçün yoxdur" - Amaliya Pənahova
“Hər kəs xoşbəxtliyi özü kimi görür. Desəm ki, xöşbəxt deyiləm, yalan olar. 47 il həyat yoldaşımla ömür-gün yoldaşı oldum. İki övladım, üç nəvəm var. 17 yaşımdan səhnədəyəm. İlk rolum elə uğur gətirdi ki... İstədiyim hər şeyə nail olmuşam. Necə deyim xoşbəxt deyiləm?”.

Emtv.az-ın məlumatına görə, bu sözləri xalq artisti Amaliya Pənahova deyib.

“Qonaq gəl bizə” verilişinə qonaq olan aktrisa “Göründüyünüz kimi güclüsünüz, yoxsa özünüzü zəif qadın hesab edirsiniz” sualına belə cavab verib:

“Qadının qəlbində zəiflik var. Çox tez inciyə bilirəm. Bir söz deməsələr belə, hansısa məclisdə insanların münasibətini hiss edirəm. Məhəbbət naminə də, haqsızlığa görə də göz yaşı axıtmışam. Bu, zəiflik deyil. Yalanı sevmirəm, bacardığım qədər səmimi oluram. Məni qəlbən yalanı, etibarsızlığı ilə sarsıdan insan mənim üçün yoxdur. Onu görmürəm. Mənim həm nifrətimi, həm də məhəbbətimi qazanmaq çətindir. Heç kimə pislik etmirəm, mənə pislik edəni Allaha tapşırıram. Mənə olan haqsızlıq həmin insanın özünə qayıdır. Bəlkə də, mənə bu işdə Kəbəyə daxil olmağım kömək edir”.

A.Pənahiva var-dövlətini sosial şəbəkədə nümayiş etdirənləri qınayıb:

"Nəyə lazımdır yediyimi, evimi paylaşmaq? Birinin evində yoxdur, gözdən qorxmursan? Getdiyim yeri paylaşıb, "like" gözləmək nəyə lazımdır? Təsəvvür edin oruc tutanın yanında yemək yeyirsən. Bu, mənəviyyatsızlıqdır. Bu qədər köçkünü, evindən didərgin düşənlərin olduğu ölkədə imarətini göstərmək olmaz. Bəlkə indi dəbdədir, amma mən sevmirəm".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR