SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“ERMƏNİLƏRƏ KÜTLƏVİ ZƏRBƏ ENDİRİLMƏLİDİR!” – Sabiq nazirdən çağırış

5-07-2017, 11:21 | Oxunub: 4 007 |

“ERMƏNİLƏRƏ KÜTLƏVİ ZƏRBƏ ENDİRİLMƏLİDİR!” – Sabiq nazirdən çağırış
Alxanlıdakı körpənin ölümü faciədir. Bu gün hər birimizin borcu bir daha belə hadisənin təkrarlanmasına yol verməməkdir.
Emtv.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan ordusunun Alxanlı kəndini atəşə tutması və iki mülki şəxsin, o cümlədən 2 yaşlı uşağın ölümü, bir nəfərin yaralanmasına münasibət bildirərkən deyd edib.


Diplomat bildirib ki, bu faciəvi hadisəyə iki cür reaksiya vermək olar:

1. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindəki bütün hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır.

2. Beynəlxalq ictimaiyyətə bu terrorizm və vandalizm aktının qınanması üçün müraciət olunmalıdır.


Eks-nazirin sözlərinə görə, həmsədrlərin reaksiyasını proqnozlaşdırmaq kifayət qədər sadədir: “Onlar hətta insidenti pisləyən şərh də verə bilərlər, amma burada da mütləq atəşkəs rejiminin gücləndirilməsi üçün tədbirlərin reallaşdırılması haqqında fikir olacaq. Onların da şərhi erməni tərəfinin şərhinə bənzəyəcək. Onlar deyəcəklər ki, “Biz axı sizə təklif etmişdik. Siz, Azərbaycan, atəşkəs rejiminin gücləndirilməsi tədbirlərindən imtina edirsiniz. Günahın böyük hissəsi Azərbaycan tərəfinin payına düşür”.

Diplomat sonda qeyd edib ki, bu münasibətə görə də konfliktin həlli ilə bağlı siyasətimiz dəyişməlidir: “Bu, belə davam edə bilməz”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR