SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Bəzən ölkədə dini radikalizmin yayılmasına cəhdlər edilir"

5-07-2017, 06:51 | Oxunub: 8 936 |

"Bəzən ölkədə dini radikalizmin yayılmasına cəhdlər edilir"

Ölkədə dini durum tam sabit olsa da, bəzən kənardan edilən müdaxilələr hesabına dini fanatizm və radikalizmin yayılmasına cəhdlər edilir.

EMTV.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

M.Qurbanlı bildirib ki, bu istiqamətdə dövlət tərəfindən ideoloji, hüquqi və iqtisadi müstəvidə mübarizənin aparılması bu uğursuz cəhdlərin qarşısının alınmasında böyük rol oynamaqdadır:

"İdeoloji müstəvidə aparılan mübarizəyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər dövlət qurumları və qeyri-hökumət təşkilatları, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi tədbirlər ən yaxşı nümunə hesab oluna bilər. Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq ölkəmizin bütün regionlarında silsilə tədbirlər həyata keçirir. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və elektron nəşrlər vasitəsilə də baş tutur. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunur, dini icmalara paylanılır".

Komitə sədri əlavə edib ki, ölkəmizdə insanların mənsub olduğu dinə birgə ibadət etmək və digər dini tələbatlarını ödəmək məqsədilə təsis etdikləri dini icmanın dövlət tərəfindən qeydiyyata alınması ilə bağlı heç bir problem yaşanmır.

M.Qurbanlının sözlərinə görə, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 767 dini icma qeydiyyatdan keçib ki, konfessional baxımdan onlardan 739-u İslam, 17-si xristian, 8-i yəhudi, 1-i krişna, 2-si isə bəhai təmayüllüdür.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR