SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Binəqədi rayon Gənclər və İdman İdarəsinə rəis təyin olunub

5-07-2017, 06:33 | Oxunub: 8 338 |

Binəqədi rayon Gənclər və İdman İdarəsinə rəis təyin olunub

Binəqədi rayon İcra Hakimiyyəti (RİH) başçısının müvafiq əmri ilə Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə Elvin Namiq oğlu Aslanov təyin edilib.

RİH-dən EMTV.az -a bildirilib ki, Elvin Aslanov 2012-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində magistr pilləsini başa vurub. 2008-ci ildən Azərbaycan Tələbələr Birliyinin sədridir. 2013-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədr müavinidir.

Bir çox yerli və beynəlxalq tədbirin iştirakçısı olub. Bəzi tədbirlərdə ekspert və təlimçi kimi çıxış edib.

İctimai fəaliyyət sahəsində xüsusi fərqləndiyi üçün 2016-cı ildə prezident İlham Əliyev tərəfindən Gənclər üçün Prezident Mükafatı ilə mükafatlandırılıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR