SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sabiq məmurun qətlini sifariş verən qadının məhkəməsi başlayıb

5-07-2017, 06:29 | Oxunub: 5 988 |

Sabiq məmurun qətlini sifariş verən qadının məhkəməsi başlayıb

Bakı Apellyasiya Məhkəməsində sabiq məmurun güllələnməsini sifariş verən Günel Süleymanova, onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynlinin və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

EMTV.az- ın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

Bu iş üzrə həbs edilənlərdən biri Günelin atası Rasim Süleymanov, digər şəxslər isə Ramin Həsənov və Kübar Kübarovdur.

Zərərçəkmiş, güllələnən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Süleymanova 16 il, Rasim Süleymanov 8 il, Ramin Həsənov 7 il, Əlikübar Kübarov 1 il 6 ay, Ramil Hüseynli isə 16 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib. 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə Hüseyn Qasımovu 40 min manat müqabilində öldürməsi barədə razılığa gəlib. Ramil Hüseynli “Kalaşnikov”la Hüseyn Qasımova evinin qarşısında bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib.

Sabiq məmura qarşı sui-qəsdlə yanaşı dələduzluq da edilib. Günel Süleymanova atası ilə əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə ediblər. Sabiq məmurun həbsdə olan oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına kömək edəcəklərini vəd edərək onun külli miqdarda pulunu ələ keçiriblər.

Günel Süleymanova sabiq məmur tərəfindən zorlandığını və gizli şəkildə lentə alındığını deyib. O, həmin görüntülərin geri alınması üçün Ramil Hüseynliyə müraciət etdiyini söyləyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunublar.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR