SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakının məşhur bazarı rusiyalı milyarderə satıldı

5-07-2017, 05:14 | Oxunub: 6 529 |

Bakının məşhur bazarı rusiyalı milyarderə satıldı

Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Təzə bazar” MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.

Bəs “Təzə bazar” MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?

EMTV.az mediyaya istinadən məlumatına görə, “Təzə bazar” bu yaxınlarda mülkiyyətçisini dəyişib, Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarderə satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil.

“Təzə bazar”ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki - “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.
İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.

Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şaiyələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.

Sayt Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışanda məlum olub ki, bazar satılandan sonra iş adamı telefon nömrələrini dəyişib və “əhatə dairəsində” deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmayıb.

Xatırladaq ki, “Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.

Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR