SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən azad edilib

4-07-2017, 13:28 | Oxunub: 8 307 |

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən azad edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin effektivliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədilə meşə sahələrində aparılan yoxlamalar davam etdirilir.

Emtv.az-ın məlumatına görə, nazirlikdən report-a verilən məlumata görə, Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşə dolayında həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Həmçinin yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, qanunsuz ağac kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda iş istintaqdadır.

Oğuz MMBM-də aparılmış bu yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətində dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədilə 20-25 iyun 2017-ci il tarixlərində Nazirlikdə yaradılmış Komissiya tərəfindən meşələrin qorunub mühafizə olunması vəziyyəti yenidən yoxlanılıb. Yoxlama zamanı 9 meşə dolayında, ümumilikdə 292,52 m3həcmində, 1834,30 manat kök üstə nırx dəyərində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxarılmadığına, əksinə qanunsuzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyətinin kompleks araşdırılıb başa çatdırılması məqsədilə növbəti dəfə geniş tərkibdə komissiya yaradılıb. Aparılacaq araşdırmaların obyektiv, hərtərəfli tam həyata keçirilməsi və bu zaman kənar təsirlərin minimuma endirilməsi məqsədilə müəssisənin direktoru Bayram Umarov tutduğu vəzifədən azad edilib. Hazırda komissiya tərəfindən araşdırma davam etdirilir, tam olaraq yekunlaşdıqdan sonra digər cavabdeh meşə işçiləri barəsində də ciddi intizam tənbehi tədbirləri görüləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR