SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rüşvətə görə tutulan baş həkim məhkəmə qarşısına çıxarıldı

4-07-2017, 11:58 | Oxunub: 8 403 |

Rüşvətə görə tutulan baş həkim məhkəmə qarşısına çıxarıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan baş həkim Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Təqsirləndirilən Mətanət Şamçiyeva ifadəsində bildirib ki, narkoloji disponserdə arayış vermək üçün vətəndaşlardan yığdığı pulu baş həkimə verib: "Baş həkim tapşırmışdı ki, pulları yığıb ona verim. Dekabr ayından pul toplanmağa başlanmışdı. Fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Yığdığım pulların hamısını ona verdim. Qorxurdum ki, yığıb verməsəm məni işdən qovar. Yığılan pullardan bir dəfə mənə cəmi 40-50 manat verib".

M.Şamçiyeva ifadəsində 11 iıdir narkoloji dispanserdə işlədiyini, bu müddət ərzində baş həkimin heç kimi işdən qovmadığını, arayışlara görə vətəndaşlardan standart pul tələb olunmadığını deyib: " Bir manat verən də var idi, 5 manat verən də, hətta qəpik verən də. Baş həkim deyirdi ki, pulları mənim otağıma qoyma. Ona görə də pullatı laboratoriyada saxlayırdıq. Çünki öz otağımda saxlamağa qorxurdum. Laboratoriyada 300 manat var idi, evdə də 500 manat qalmışdı. Bizim pul yığmağımızla bağlı heç kimə heç nə deməmişəm. Vətəndaşlar pulu jurnalın altına qoyurdular".

H. Hüseynovun vəkili M.Şamçiyevanın istintaqa verdiyi ifadəsinin elan edilməsi ilə bağlı vəsatət qaldırıb. Təqsirləndirilən şəxsin ifadəsi elan edilərkən məlum olub ki, M.Şamçiyeva narkoloji dispanserdə tibb qeydiyyatçısı işləyib: "Arayış vermək qanunla pulsuzdur, heç vaxt pul yələb etməmişəm. Baş həkim Hüseyn Həsənovun təlimatı ilə vətəndaşlardan götürüb pulu yığıb baş həkimə verdim. Vətəndaşlar pul vermək istəyirdilər, mən götürmədən əvvəl baş həkimə məlumat verdim. O da pulu toplayıb ona verməyimi tapşırdı".

Daha sonra təqsirləndirilən Hüseyn Həsənov ifadə verib. Ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və tibb bacısının yalan danışdığını deyib: "Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub, nə də mənə pul verilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi görünən videodakı şəxsin mənim olub-olmadığımı deyə bilmərəm. Bunun üçün ekspertiza keçirmək lazımdı. Videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, fevralın 1-dən bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Dedim ki, filan gün gəl, pulunu götür. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm.

Həmin gün isə özümlə həmin pulu götürüb işə gəldim. Mətanət xanım siyahı göstərib dedi ki, filan qədər şkafdadı. Mənə o maraqlı deyildi. Sonra pulu ona verdim, böyük nominantlarla. Xırda pullar özümdə qaldı, Mətanət xanım dedi ki, sizə "kulok" verim? Dedim yox, lazım deyil. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar".


H.Həsənov ifadəsində deyib ki, əməliyyat keçirilən zaman prokurorluq əməkdaşları iki dəfə çəkiliş aparıblar: "Əvvəl soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borc puldu. Kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb".

M.Şamçiyeva da belə bir halın olmadığını, H.Həsənovun yalan danışdığını deyib.

Daha sonra prosesdə şahidlər dindirilib.

Məhkəmə prosesi iyulun 13-də davam etdiriləcək.

Qeyd edək ki, Hüseyn Həsənov 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib.


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib.


H.Hüseynov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR