SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Universitetinin tələbələri Ağbulaq İstirahət Mərkəzində olublar

3-07-2017, 07:51 | Oxunub: 14 212 |

Naxçıvan Dövlət Universitetinin tələbələri Ağbulaq İstirahət Mərkəzində olublar


Muxtar respublikanın füsunkar təbiəti ilə seçilən Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil edilən “Yay məktəbi” davam edir.

EMTV.az mediya xəbər verir ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası İcra Katibliyinin iştirakı ilə reallaşdırılır.

Ağbulaq İstirahət Mərkəzinin növbəti qonaqları Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri olub. İstirahət mərkəzi ilə tanışlıqdan sonra onlar hər cür şəraitə malik otaqlarda yerləşdiriliblər. Üç gün müddətində təşkil olunan növbəti “Yay məktəbi”ndə NDU-da təhsil alan 60 tələbə iştirak edib.

Məktəbin ilk günü “Gəzinti və ekskursiyaların insan psixologiyasına təsiri” mövzusunda seminar və “Nuh yurdu” intellektual oyunu keçirilib. Günün sonunda isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.

“Yay məktəbi”nin ikinci günü səhər gimnastikası ilə başlayıb. Daha sonra tələbələr “Gənclərdə fərdi inkişaf və özünüifadəetmə üsullarının təbliği” mövzusunda seminarda iştirak edib, müxtəlif idman oyunlarına qatılıb, Ağbulaq kəndini gəzib, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi tərəfindən təqdim olunan konsert proqramına baxıblar.

Məktəbin üçüncü günü isə gənclər Şahbuz Dövlət Təbiət Qoruğuna baş çəkiblər. Gəzinti zamanı çəkilən fotoların müsabiqəsi təşkil edilib. Müsabiqədə, həmçinin “Nuh yurdu” intellektual oyununda və “Yay məktəbi”ndə fərqlənənlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar. Günün sonunda gənclər Naxçıvan şəhərinə yola düşüblər.


EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR