SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb - VİDEO

30-06-2017, 14:49 | Oxunub: 10 168 |

Naxçıvanda Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb - VİDEO
Təlimə zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə qoşunlarının digər xüsusi bölmələrin cəlb olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş hazırlığının aparılması ilə başlanılıb.

Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən Hava Hücumundan Müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.

Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və Hava Hücumundan Müdafiə tapşırıqlarının yerinə yetirilməsinə dair qərar qəbul olunub.

Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib.

Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri “Strella 3” daşınan zenit raket kompleksi və 23 mm-lik zenit qurğuları ilə məhv edilib.

Təlimlərə hava düşmənini təqlid edən 120 mm-lik minaatan heyətləri də də cəlb edilib.

Təlimin gedişi bir daha təsdiq edib ki, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının hava sərhədlərini etibarlı qoruyur və hər an düşmənin hava hücumunun dəf edilməsinə hazırdır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR