SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ahmet Erkan Çetinkayış: Naxçıvanın çox yüksək istehsal və ixrac potensialı var

30-06-2017, 10:46 | Oxunub: 14 860 |

Ahmet Erkan Çetinkayış: Naxçıvanın çox yüksək istehsal və ixrac potensialı var


Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin idxal üzrə baş direktoru Ahmet Erkan Çetinkayış Naxçıvana gəlib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, qonaq əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Ahmet Erkan Çetinkayış Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Respublikası və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Sonra Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin idxal üzrə baş direktoru Naxçıvan Biznes Mərkəzində olub. Burada müxtəlif müəssisələrə aid pavilyonlarla tanış olan türkiyəli qonağa muxtar respublikanın ixrac potensialı haqda ətraflı məlumat verilib.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətli müəssisələrin yaradılması istiqamətində aparılan işlər regionun ixrac imkanlarını da artıraraq dünya bazarına çıxa bilən məhsul istehsalına təkan verib. Naxçıvan Muxtar Respublikasının ixrac potensialının artmasında müasir texnologiyaya əsaslanan müəssisələrdə, əsasən, yerli xammaldan istifadə olunması ilə yüksəkkeyfiyyətli məhsul istehsalı mühüm rol oynayır.

Naxçıvanlı sahibkarların xarici bazarlara çıxışının təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara dəstək göstərilməsinin də mühüm rolu olub. Muxtar respublika iqtisadiyyatı ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm paya malikdir və Azərbaycanın iqtisadi rayonları arasında öncül sıradadır.

Sonra mərkəzdə ixracat əlaqələrinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Naxçıvan şəhərində yerləşən əl işlərinin və sənət əsərlərinin satışı mağazasını, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edən qonağa həmin məkanlar haqqında ətraflı məlumat verilib. Daha sonra türkiyəli qonaq “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində, Duzdağ Fizioterapiya Mərkəzində olub.

Ahmet Erkan Çetinkayış AZƏRTAC-a müsahibəsində bildirib ki, ilk dəfədir Naxçıvana gəlir və bu qədim diyarla tanış olduğu üçün çox məmnundur: “Naxçıvan Biznes Mərkəzində olarkən bir daha şahidi oldum ki, muxtar respublikanın istehsal və ixrac potensialı çox yüksəkdir. Naxçıvana gəlişimin əsas məqsədi buradan Türkiyəyə ixracın həcminin artırılması yollarını müzakirə etmək, bu sahədə mövcud vəziyyəti öyrənmək və görüləcək işləri müəyyənləşdirməkdir”.

Qonaq qeyd edib ki, Naxçıvanda istehsal olunan məhsulların Türkiyədə daha geniş alıcı kütləsi tapması üçün işlər mərhələli şəkildə aparılacaq. O, əminliyini bildirdi ki, göstərilən səylər öz nəticəsini verəcək və muxtar respublikada istehsal olunan, ən müasir tələblərə cavab verən məhsullar Türkiyə bazarında layiqli yerini tuta biləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR