SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hafiz Hacıyevdən Bərdənin icra başçısına: “Kimlərəsə arxalanır...” - SƏRT İTTİHAMLAR

29-06-2017, 14:24 | Oxunub: 7 015 |

Hafiz Hacıyevdən Bərdənin icra başçısına: “Kimlərəsə arxalanır...” - SƏRT İTTİHAMLAR
Xəbər verildiyi kimi, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayevin təzyiqləri ilə üzləşən jurnalist Xəyyam Salmanzadə intihar anonsu edib.

X.Salmanzadə icra hakiminin təhdid və təzyiqlərinə dözməyərək RİH-nin binası qarşısında özünü yandıracağını açıqlayıb.

Şəhid və məcburi köçkün ailəsi olan jurnalist icra başçısı barədə video müraciətində prezidentdən kömək istəyib. Onun sözlərinə görə, rayonda məmur özbaşınalığı bütün əndazələri aşıb və V.İsayev şəhid ailələrini saymır.

Jurnalistin prezidentə imdad dolu müraciəti və intihar anonsu ilə bağlı Müasir Müsavat Partiyasının sədri, prezidentliyə sabiq namizəd Hafiz Hacıyev kəskin reakiya verib.

MMP sədri mətbuata açıqlamasında bildirib ki, artıq vəziyyətin dözülməzliyi jurnalisti intihara sövq edir. Onun sözlərinə görə, yerlərdə məmurların anti-xalq fəaliyyəti və prezidentə yönəlik təxribatçı siyasəti hakimiyyətlə xalq arasındakı körpüləri yandırır.

H.Hacıyev qeyd edib ki, X.Salmanzadə şəhid və köçkün ailəsidir, dövlət məmurları bu insanların müraciətlərinə həssas olmalıdır:

“Amma rayon rəhbərləri, icra başçıları xalqı incidirlər, prezidentin üstünə qaldırırlar, öz bildikləri kimi danışırlar,”burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyirlər, heç kimi saymırlar. Prezident onlarla deyib ki, xalqa xidmət etməlisiniz, amma onlar cibə xidmət edirlər”.


Partiya lideri hesab edir ki, bəzi məmurlar xarici dairələrə işləyirlər və ona görə də əhalini prezidentdən narazı salmaq üçün təxribatçı siyasət yürüdürlər:

“Camaatı incidirlər, şikayətə baxmırlar, mal-mülkünü qəsb edirlər. Ona görə də kimisi intihar edir, kimisi özünü asır. Artıq Xəyyam Salmanzadə o həddə çatıb ki, intihar edir. Prezident bilsə ki, icra başçısı Bərdədə camaatı belə incidir, onu bir dəqiqə orda saxlamaz. Çünki xalqı incidən məmurlar prezidentə bir nömrəli düşməndir.
Belələri rüşvət alırlar, əsassız süründürməçilik edirlər. İndi Bərdənin icra başçısı hansısa yerə arxalanır, Prezident Administraisyasına kimlərəsə güvlənir.
Yaddan çıxarmasın ki, prezident islahatlar aparır, yeni kadrlar təyin edir, güvləndiyi adamların da portfelini qoltuğuna verib yola salacaq”.


H.Hacıyev qeyd edib ki, V.İsayev Bərdəni zəbt edib, rayonu özəlləşdirib və bu barədə ətraflı çıxışı olacaq: “Kimlərsə elə bilir ki, dövlətə xəyanət etməklə biz də onlara tamaşa edəcəyik. Belə olmayacaq. Prezident də deyib ki, ictimai nəzarət olmalıdır. Biz də həqiqətləri, xalqın şikayətlərini deyirik. Ona görə də Bərdənin icra başçısı ağıllı olmalıdır. Pulla iş həll olmur. Bərdənin icra başçısı qaçqın, şəhid ailəsi olan bir cavan oğlanı incidir.

Mən Bakıya qayıdım, prezidentə müraciət edəcəyəm ki, Bərdə rəhbərliyi haqda tədbir görülməlidir. Bu məmurlar prezidentə xəyanət edirlər, xalqla prezident arasında uçurum yaradırlar.

Rayonlara prezidentin səfərləri olur. Məmurlar 5-10 adam öyrədib qabağa çıxarır, yalan informasiya verir. Amma biz öz əlaqələrimizlə məlumat alırıq, prezidentə doğruları çatdırırıq.

Artıq dövlət başçısının göstərişlərini yerinə yetirməyən məmurlar var. Bununla bağlı ciddi mövqe qoyacağıq. Bilirsiniz ki, qarşıdan seçkilər gəlir və xarici dövlətlərin Azərbaycanda çevriliş iddiaları var.

Bu vəziyyətdə icra hakimləri özlərini şah kimi aparır və prezidentə xəyanət edirlər. Hesab edirəm ki, quldur məmurları hakimiyyətdən uzaqlaşdırmaq lazımdır”.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR