SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Çox Dəyərli, Əziz və Mehriban Azərbaycan Xalqım, Xüsusi Olaraq Əsgər Analarımız!!!

24-06-2017, 16:50 | Oxunub: 8 633 |

Çox Dəyərli, Əziz və Mehriban Azərbaycan Xalqım, Xüsusi Olaraq Əsgər Analarımız!!!

Emtv.az xəbər verir ki, "Azərbaycanın Səsi" ictimai birliyinin sədri, "Müstəqil-Lider" jurnalının baş redaktoru, tanınmış yazar, şair, Məşədi Faiq Əhmədov öz facebook-səhfəsində müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbriki olduğu kimi izləyicilərimizin diqqətinə çatdırırıq.

Çox Dəyərli, Əziz və Mehriban Azərbaycan Xalqım, Xüsusi Olaraq Əsgər Analarımız!

- Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən səmimi arzularımı çatdırıram.

- İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.

- Müsəlmanlar Ramaz ayında Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

- Ramazan ayının sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşürlər, arzularının həyata keçməsi üçün diləklər edərək, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar.

- İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq.

- Uca Yaradan öz mərhəmətini xalqımızın üzərindən heç zaman əsirgəməsin.
- Amin!!!

- Allah orucunuzu qəbul etsin!!!

Hörmətlə: "Azərbaycanın Səsi" İB sədri,
"Müstəqil Lider" jurnalının baş redaktoru,
Məşədi Faiq ƏHMƏDOV.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR