SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiyada bahalaşan dollar: Azərbaycana necə təsir edəcək?

24-06-2017, 10:04 | Oxunub: 8 933 |

Rusiyada bahalaşan dollar: Azərbaycana necə təsir edəcək?
Fuad İbrahimov: “Mövcud məqamda manatın məzənnəsinin kəskin ucuzlaşacağı mühiti yoxdur”

Rusiyanın nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi 59 rubl səviyyəsini ötüb. Bu, son üç ayın maksimal həddidir. Analitiklər bildirir ki, dolların bahalaşmasına səbəb neftin qiymətinin 2 faizdən çox azalması olub. Bununla yanaşı, dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsi də Rusiyada dolların bahalaşmasına səbəb olan digər amil hesab edilir. Ekspertlər yaxın günlərdə dolların qlobal valyuta bazarında bir qədər də bahalaşacağını, neft qiymətlərinin isə düşəcəyini proqnozlaşdırır. Nəticədə, dolların Rusiyada 60 RUB/USD həddini keçməsi gözlənilir. Bu da öz növbəsində Azərbaycan manatının cari məzənnəsinə təzyiqi artıracaq.

İqtisadçı-alim Fuad İbrahimov mətbuata bildirib ki, bütün ölkələrdə milli valyutaların məzənnəsinə təsir edən amillər eynidir:

“İdxal-ixrac əməliyyatlarının balansından tutmuş, makroiqtisadi göstəricilərə qədər, o cümlədən, yerli mərkəzi bankların siyasəti həmişə milli valyutaların məzənnəsinə təsir edib. Bu sistem bütün dövlətlərdə eynidir. İqtisadiyyatın ayrı-ayrı ölkələr üçün nəzəriyyəsi formalaşmır. Bu, ümumi bir nəzəriyyədir. Heç şübhəsiz ki, Rusiyada gedən prosesləri ən çox hazırkı yerli makroiqtisadi vəziyyətlə əlaqələndirmək olar. Məlum olduğu kimi FED uçot dərəcəsini artırdı. Bunun özü də təsiredici amil kimi rus rubluna təsir edir. Rusiya Mərkəzi Bankı daha yumşaq siyasət yönəltməklə şəffaf rublun məzənnəsinin formalaşmasına şərait yaradıb. Buna görə də hazırda rubl buna həssas reaksiya verir”.

Rus rublunun dollara qarşı ucuzlaşmasının Azərbaycan manatına təsirinə gəlincə, iqtisadçı bildirib ki, hazırda Mərkəzi Bank manatın məzənnəsinə olan təzyiqləri bankın səlahiyyətləri çərçivəsində olan xüsusi alətlərlə tənzimləyir:


“İndiki məqamda bu proses Mərkəzi Bank tərəfindən uğurla həyata keçirilir. Doğrudur, bunun ümumi makroiqtisadi səviyyədə iqtisadiyyatımıza müsbət və yaxud mənfi təsirlərini müzakirə etmirik. Hazırda bu alətin nə dərəcədə istifadə olunub-olunmamasından söhbət gedir. Mövcud məqamda manatın məzənnəsinin kəskin ucuzlaşacağı mühit yoxdur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR