SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - fotolar

24-06-2017, 09:40 | Oxunub: 10 642 |

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - fotolar
Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin açıq səma altındakı kinoteatrında İtaliyada ilk dəfə Azərbaycan film festivalının rəsmi açılışı olub.

Emtv.az-ın axşam.az-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunan festivalın açılışında İtaliya hökumətinin və Roma şəhər meriyasının rəhbər şəxsləri, parlamentarilər, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İtaliya mədəniyyətinin və kino aləminin tanınmış simaları, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin (KIV) nümayəndələri, habelə kinosevərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, Azərbaycan-İtaliya əməkdaşlığında mədəniyyət sektorunun önəmindən danışıb, bu xüsusda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Diplomat İtaliyada ilk dəfə keçirilən Azərbaycan Film Festivalının ölkəmizin tarixi, mədəniyyəti və reallıqları ilə İtaliya ictimaiyyətinin məlumatlandırılmasına və iki ölkənin xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələrdən danışıb. O, bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun önəmli rolunu vurğuIayıb. Azərbaycanın kino mədəniyyətinin tarixi barədə də məlumat verən Milli Məclisin deputatı İtaliyada ilk dəfə keçirilən Azərbaycan Kino Festivalının əhəmiyyətini yüksək dəyərləndirib.

Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze Gürcüstan ilə Azərbaycanın yaxın qonşu və strateji tərəfdaşlığını, xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcudluğunu, “Əli və Nino” romanının qəhrəmanları olan iki gənc arasındakı məhəbbətin bunun ən bariz nümunəsi olduğunu deyib. Azərbaycan Kino Festivalının məhz “Əli və Nino” filminin nümayişi ilə başlamasından məmnun olduğunu söyləyən səfir festivala uğurlar arzulayıb. Məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta ölkəmizin zəngin tarixi-mədəni irsi, ənənələri, inkişafı, Bakının gözəllikləri barədə məlumat verib. Azərbaycan və İtaliya arasında əlaqələrin dərinləşməsinə kino sektorunun verə biləcəyi töhfələrdən bəhs edən C.Kuaranta Azərbaycan Kino Festivalına uğurlar arzulayıb, bu tədbirin gələcəkdə kino sahəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar açacağına ümidvar olduğunu bildirib. “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi italyan professor Romolo Erkolino “Əli və Nino” romanının müəllifi Əsəd bəyin həyatından bəhs edib.

Sonra festivala həsr edilmiş videoçarx təqdim edilərək festival açıq elan olunub. “Əli və Nino” filminin nümayiş ilə festivala start verilib. İyunun 24-nə qədər davam edəcək festivalda əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçəri şəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) filmlərimiz italyan dilində alt yazılarla nümayiş olunacaq.

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - fotolar

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - fotolar


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR