SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Milli Oftalmologiya Mərkəzinin həkimləri Naxçıvanda müayinə və cərrahiyyə əməliyyatları aparıblar

24-06-2017, 09:28 | Oxunub: 16 576 |

Milli Oftalmologiya Mərkəzinin həkimləri Naxçıvanda müayinə və cərrahiyyə əməliyyatları aparıblar
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası növbəti dəfə Naxçıvanda müayinə və cərrahiyyə əməliyyatları aparıb

Emtv.az azərtac-a istinadən xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasında muxtar respublikanın oftolmoloq həkimlərinin iştirakı ilə seminar keçirilib. Seminarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi, professor, Elmar Qasımov tibb ocağının fəaliyyəti barədə məlumat verib. Mərkəzin direktor müavini Ceyhun Nəzərli, tibb elmləri üzrə fəlsəfə doktorları Fərəh Abdullaəliyeva, Müşfiq Kərimov və digərləri şəkərli diabetin fəsadları və uşaq göz xəstəliklərindən bəhs ediblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu sahədə tətbiq olunan ən müasir elmi biliklərdən söhbət açılıb.

Seminarda iştirakçılara elmi jurnallar paylanılıb, video çarx nümayiş etdirilib və verilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, həkim-oftalmoloq və anestezioloqlardan ibarət səyyar briqada ayın 22-dən Naxçıvandadır və sabah aksiya başa çatacaq. Üç gün ərzində 200 müayinə 15 göz əməliyyatı aparılacaq.

Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası artıq bu il ərzində dördüncü dəfədir Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirir. Aksiyalar il boyu davam edəcək.

Milli Oftalmologiya Mərkəzinin həkimləri Naxçıvanda müayinə və cərrahiyyə əməliyyatları aparıblar

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR