SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“O adamın məqsədi məni gözdən salmaqdır” – Üzeyir Mehdizadə - VİDEO

20-06-2017, 12:25 | Oxunub: 9 405 |

“O adamın məqsədi məni gözdən salmaqdır” – Üzeyir Mehdizadə - VİDEO
"Bəzi müğənnilər məni bəyənmirlər, bəyənməsinlər"

Emtv.az xəbər verir ki, "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan tanınmış müğənni Üzeyir Mehdizadə maraqlı açıqlamalar verib.
İfaçı onu tənqid edənlər haqda danışıb:

“Biz tamaşaçıların zövqünü oxşamalıyıq, tamaşaçıların istəyini nəzərə almalıyıq. Biz ən çox alqışı sevirik. Bəzi müğənnilər məni bəyənmir, bəyənməsinlər. Ancaq bizdə səhv görürlərsə və ya tamaşaçıların üzərinə atırlarsa, günahı tamaşaçılarda görməsinlər. Günah onların özündədir ki, onlar tamaşaçıların qəlbinə yol tapa bilmirlər. İzəyici özü bilir kimi sevir, kimə qulaq asır. Tamaşaçı həmin tamaşaçıdır ki, hər növ musiqiyə qulaq asır. Musiqi zövqünü ölçən bir cihaz yoxdur”.

İfaçı şou-biznesdə olmadığını bildirib:

“Şou çox gözəl bir şeydir. Şounu bacarmaq asan məsələ deyil. Mən hələ şou göstərməmişəm, mahnı oxuyuram. Bu gün hamı şou ilə məşğul olmağa can atır. Həqiqətən, əziyyət çəkənlər də var. Şəxsən mənə qarşı tənqidlər olmurdu. Orda tənqidlər mahnılara qarşı idi. Maraqlısı budur ki, heç bir tənqidin açıqlaması olmadı. Tənqid açıqlaması ilə olar. Ona görə bu günə qədər hansı verilişdə olmuşamsa, onları özümə tənqid hesab etməmişəm. Çünki açıqlama verməyiblər. Dostlarım da yazır. Öz aramızda məni tənqid edənlər olub. Onların nəyin səhv olduğunu açıqlayıblar. Tənqid bu cür olur”.

Real məsləhətlərə qulaq asdığını deyən müğənni onu tənqid edənlərin sadəcə pislik etmək istədiklərini dilə gətirib:

“Mən yaxşı, real, düzgün məsləhətlərə qulaq asıram. Bir adam ki, məni tənqid edir və açıqlaması yoxdur, özü də bilmir nəyi tənqid edir. Onun danışığından bəllidir ki, mənim pisliyimi istəyir. O adamın məqsədi odur ki, məni kimlərinsə gözündən salsın. O, məni gözdən salmağa çalışırsa, mən niyə özümü gözdən salmalıyam?”

Üzeyir Türkiyədə mahnılarının qulaq asılmasına da fikir bildirib:

“Mən musiqi ilə məşğulam. Yazıram, aranjıman edirəm. Mahnının hardasa pulla səsləndirilməsini heç vaxt istəməmişik. Sadəcə mahnını “youtub”a yerləşdiririk. O mahnı ordan elə yerə gedib çıxır ki, siz onu İstanbul küçələrində, Rusiyada, Özbəkistanda, hətta Çində belə dinləyirsiniz. Allah izin verir. Biz bu Sevcan xanımla dueti 6-7 aydır ki, oxumuşuq. Mahnını özüm aranjıman etmişəm. Azərbaycan dilində sözlər mənə, türk dilində sözlər Erkan Çelikə aiddir. Bu mahnının hətta gələcəkdə klipi də gözlənilir”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR