SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb” – Səlim Müslümov

20-06-2017, 11:01 | Oxunub: 8 962 |

“İş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb” – Səlim Müslümov
“Azərbaycanın əmək bazarında vəziyyət stabilləşib”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciətlərin sayında azalma müşahidə olunur: “Bu ilin 5 ayı ərzində quruma 69 250 nəfər iş üçün müraciət edib. Ötən il bu rəqəm 141 min 650 nəfər olub. Göründüyü kimi, iş üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb”.

Nazir ölkəmizin əmək bazarının son illərdə dünyada baş verən iqtisadi böhranın təsirlərindən qorunduğunu vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, qeyri-neft sektorunun inkişafı məqsədilə yönələn köklü islahatların ilk növbədə əmək resurslarının məşğulluğuna yönəldilməsinin əhəmiyyətini önə çəkən S.Müslümov bildirib ki, xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47%-nin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb: “Eyni zamanda, ölkə başçısının irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ümumilikdə 2017-ci ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Müsbət nəticələrdən biri kimi, vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR