SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar Respublikanın Babək rayonunda quruculuq işlərinin həcmi ildən-ilə genişlənir

19-06-2017, 12:46 | Oxunub: 7 361 |

Muxtar Respublikanın Babək rayonunda quruculuq işlərinin həcmi ildən-ilə genişlənir
Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan Babək rayonu görkəmini başdan-başa dəyişib. Hər il rayonun qəsəbə və kəndlərində infrastruktur yenilənir, yeni yollar salınır, körpülər tikilir. İnsanların rahatlığına xidmət edən bu tədbirlər cari ildə də davam etdirilir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, cari ilin may ayından rayonun ucqar dağ və sərhəd kəndi olan Gərməçataq kəndində tam orta məktəbin əsaslı yenidən qurulmasına başlanılıb. Təmirdən sonra məktəbdə kompüter və şahmat sinifləri də fəaliyyət göstərəcək. Ümumilikdə isə 16 sinif otağı kollektivin ixtiyarına veriləcək. Görülən işlər təhsil ocağı ilə məhdudlaşmır. İkimərtəbəli kənd mərkəzində isə dövlət qurumlarının səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin ərzaq və sənaye mallarına olan tələbatı məhz bu məkanda ödəniləcək. Bundan başqa, kənddaxili yollar da abadlaşdırılacaq, rabitə və elektrik xətləri yenilənəcək.

Rayonun digər bir ucqar kəndi olan Payızda isə tam orta məktəb binası əsaslı şəkildə yenidən qurulur, kənd və xidmət mərkəzləri, su dəyirmanı inşa olunur, digər abadlıq işləri aparılır. Kəndin gələcək inkişaf perspektivi nəzərə alınaraq məktəb 234 şagird yerlik tikilir. Burada 13 sinif otağı, müxtəlif laboratoriyalar, kompüter otağı, elektron lövhəli siniflər, şahmat sinfi, hərbi kabinə, kitabxana, idman zalı yaradılacaq. Bu yaşayış məntəqəsində ikimərtəbəli kənd mərkəzi də inşa olunur. Kəndi iki yerə ayıran Cəhriçayın üzərindəki körpü təmir edilir, çayın kənarlarında istinad divarları tikilir və sahilbərkitmə işləri aparılır. Vaxtilə kənddə mövcud olmuş, sonralar isə sıradan çıxmış su dəyirmanının yerində yenisi inşa edilir.

Şıxmahmud-Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb. 10 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilir. Yeni çəkilən yolun eni 7 metr olacaq.

Rayonun ən böyük kəndi olan Nehrəm də bu gün əsl quruculuq meydançasına çevrilib. Belə ki, tarixin yadigarı olan “İmamzadə” türbəsində bu ilin may ayından etibarən təmir-bərpa işləri başlayıb. Bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıllıq salınacaq, işıqlandırma sistemləri quraşdırılacaq. Sakinlər “İmamzadə”nin bərpasını dünya mədəniyyətinə, ümumilikdə, bəşər sivilizasiyasına verilən töhfə kimi dəyərləndirirlər. Görülən işlər kəndin mərkəzində yeni salınan istirahət parkında da davam etdirilir. Burada müasir işıqlandırma sistemi qurulacaq, yaşıllıq salınacaq, oturacaqlar qoyulacaq.

Muxtar Respublikanın Babək rayonunda quruculuq işlərinin həcmi ildən-ilə genişlənir


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR