SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan gömrükçüləri Türkiyə vətəndaşından külli miqdarda heroin aşkar edərək götürüblər - YENİLƏNİR

19-06-2017, 10:54 | Oxunub: 297 |

Naxçıvan gömrükçüləri Türkiyə vətəndaşından külli miqdarda heroin aşkar edərək götürüblər - YENİLƏNİR
Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Naxçıvan Muxtar Respublikası Dövlət gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Rahil Tahirlinin mətbuata verdiyi məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı Volvo markalı yük maşınına rentgen aparatı vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub. Gömrükçülər tərəfindən 34 JA 7009 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş ümumi çəkisi 93 kq narkotik vasitə -heroin aşkar edilərək götürülüb. Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR