SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiyadan Azərbaycana gələn avtobus aşdı – Yaralılar var (YENİLƏNİB)

16-06-2017, 15:21 | Oxunub: 7 126 |

Rusiyadan Azərbaycana gələn avtobus aşdı – Yaralılar var (YENİLƏNİB)
“Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkətdə olan mikroavtobusun Kalmıkiya ərazisində qəzaya uğraması nəticəsində xəsarət alanların hamısı Azərbaycan vətəndaşıdır.”

Emtv.az-ın apa-ya istinadən məlumatına görə, bu barədə RİA “Novosti”-yə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

“Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onların hamısı Komsomolski qəsəbəsində xəstəxanaya yerləşdirilib. Mikroavtobusda 17 nəfər olub, onlardan 9-u uşaqdır. Sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır”, – deyə Mərkəzdən bildiriblər.

Məlumatda o da qeyd olunub ki, xəsarət alanlar arasında ağır vəziyyətdə olan yoxdur.
Qəza zamanı yanğın baş verməyib, yolda avtomobillərin hərəkətinə maneə yaranmayıb.

“Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, içərisində Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil.”

Emtv.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, Nijni Novqoroddan gələn sərnişin avtobusu iyunun 16-da səhər saatlarında Bakıya çatıb və marşrutda heç bir hadisə baş verməyib: “Biz dəqiqləşdirdik, belə sərnişin avtobusumuz yoxdur. Əgər qəzaya uğrayan mikroavtobusdursa, ola bilsin, marşrutdan kənar sərnişin daşıyır. Bakıdan Nijni Novqoroda mikroavtobus sərnişin daşımır”.

* * *

Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.


Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR