SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN-BAKI YOLUNDA “TIXAC” - Yüzlərlə avtomobil MR-dən çıxarılır!

14-06-2017, 14:07 | Oxunub: 15 201 |

NAXÇIVAN-BAKI YOLUNDA “TIXAC” - Yüzlərlə avtomobil MR-dən çıxarılır!
Naxçıvan Muxtar Respublikasında dəqiq sayı bilinməyən çoxlu sayda avtomobilin istismarına qadağa qoyulub. Buna səbəb onların Bakı qeydiyyatında olmalarıdır.

Naxçıvan MR Dövlət Yol Polisi avtomobili Bakı qeydiyyatında olan (“10″, “90”, “99”-la başlayan dövlət nömrə nişanları) avtomobillərin sahiblərindən ya onları Naxçıvan qeydiyyatına salmağı, ya da MR ərazisindən çıxarmağı tələb edir. Lakin məsələ ondadır ki, istehsal ili 5 ildən çox olan avtomobillərin MR qeydiyyatına götürülməsi qadağan olunduğundan, “10”, “90”, “99”-la başlayan dövlət nömrə nişanlı avtomobillərin böyük əksəriyyətini Naxçıvanda qeydiyyata saldırmaq mümkün deyil. Belə avtomobilləri sahibləri təcili MR ərazisindən çıxarmalıdırlar. Əks halda onları ciddi cəzalar gözləyir.

Mətbuata verilən məlumata görə, hər gün Bakı qeydiyyatında olan onlarla avtomobil MR-dən çıxarılaraq, İran ərazisi üzərindən satılmaq üçün paytaxta daşınır. Belə problemlə üzləşən vətəndaşlar DYP-nin bu tələbini qanunsuz və ədalətsiz adlandırırlar. “Bu, Azərbaycan Konstitusiyasının pozulmasıdır”, deyə, adının çəkilməsini istəməyən Naxçıvan sakini müxbirimizə bildirib.
NAXÇIVAN-BAKI YOLUNDA “TIXAC” - Yüzlərlə avtomobil MR-dən çıxarılır!
Ən maraqlısı isə odur ki, qeydiyyat nişanı “99”-la başlayan avtomobillərin də istismarına Naxçıvanda qadağa qoyulub. Halbuki, “99” bütün respublikanı əhatə edir və Azərbaycanın istənilən vətəndaşı ilkin qeydiyyat zamanı “99”-la başlayan dövlət nömrə nişanı almaq hüququna malikdir. Naxçıvanda yaşayan vətəndaşlar faktiki olaraq bu hüquqdan məhrum edilir. MR DYP-sinin bu qərarı isə yüzlərlə, bəlkə də minlərlə Naxçıvan sakininə ciddi problem və xərc yaradır. İndi vətəndaşlar istehsal ili 5 ildən artıq olan avtomobillərini Naxçıvandan çıxarmalı, Bakıda və ya Respublikanın digər ərazilərində satmalı, bunun əvəzinə istehsal ili 5 ildən artıq olmayan yeni avtomobil alaraq MR-ə aparmalıdır. İstehsal ili 5 ilədək olan avtomobillər isə baha olduğundan, bu qərar faktiki olaraq, Naxçıvanda yaşayan vətəndaşların əksəriyyətini avtomobil sahibi olmaq hüququndan məhrum edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR