SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya maliyyə bazarlarını “vuran” qanun hazırlanır

14-06-2017, 13:59 | Oxunub: 5 777 |

Rusiya maliyyə bazarlarını “vuran” qanun hazırlanır
Rusiyanın maliyyə sistemi və energetika sektoruna təzyiqləri artırmağı planlaşdıran ABŞ-da yeni qanun layihəsinin qəbul edilməsi Rusiya maliyyə bazarlarında böhrana səbəb ola bilər.

“RİA Novosti” agentliyi xəbər verir ki, belə bir qanunun qəbulu de-fakto olaraq yeni bir Cekson-Venik (Jackson-Vanik) düzəlişinin (qanunun) qəbulu demək olacaq. Bu açıqlamanı Nyu-Yorkda yerləşən “Principal Investors” investisiya şirkətinin Rusiya maliyyə bazarlarına investisiyalar üzrə portfel meneceri Kayl Şostak (Kyle Shostak) verib.

Qeyd edək ki, bu qanunun maddələrinin hazırda müzakirədə olan İrana qarşı sanksiyalarla bağlı qanun layihəsinə əlavə edilməsi gözlənilir. Qanun Rusiya banklarının maliyyələşmə müddətinin 90 gündən 14 günə, energetika şirkətlərinə isə ABŞ strukturları və fiziki şəxsləri tərəfindən maliyyələşmə müddətinin 30 günə endirilməsini nəzərdə tutur. Sənədin yaxın günlərdə qəbulu gözlənilir.
“Qanunun tətbiqinin fəsadları ağır ola bilər. Burada maliyyə sanksiyaları ilə bərabər neft-qaz sektorunun təchizatı, yeni avadanlıqların alınması və texnologiyaların əldə edilməsi imkanlarının məhdudlaşdırılması nəzərdə tututlub. Bu isə Rusiya iqtisadiyyatı üçün həssas mövzudur”, – deyə K.Şostak qeyd edib. Ekspert bildirib ki, bu qanun yanvar ayında qəbul edilən dəyişikliklərlə müqayisədə daha genişdir.
Xatırladaq ki, Cekson-Venik düzəlişi senator Genri Cekson (Henry Jackson) və konqresmen Çarlz Venik (Charles Vanik) tərəfindən irəli sürülüb. Düzəliş beynəlxalq normalara riayət etməyən ölkələrə qarşı tətbiq olunub və onlarda istehsalı olunan malların ABŞ bazarına daxil olmasını əngəlləyib. Qanun 1975-ci yanvarın 3-də Prezident Cerald Ford (Gerald Ford) tərəfindən imzalanıb.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR